
ABŞ-də yaşayan iş Rza Zərrabın həyat yoldaşı Dilara Altıntopun adı milyardlarla dollarlıq fond qalmaqalında çəkilir.
BAKU.WS xəbər verir ki, Türkiyədə geniş əks-səda doğuran fond böhranı və böyükhəcmli pul köçürmələri ilə bağlı yeni və şok iddialar ortaya çıxıb.
Cümhuriyyət Xalq Partiyasının (CHP) Qarabük millət vəkili Cevdet Akay parlamentdəki çıxışında ölkədən milyardlarla dollarlıq rəqəmsal aktivlərin xaricə çıxarıldığını bildirərək, aidiyyəti qurumları təcili açıqlama verməyə çağırıb.
Millət vəkili Cevdet Akay diqqəti ictimaiyyətdə Rza Zərrabın yeni həyat yoldaşı kimi tanınan Dilara Altıntop adına yönəldib.
O qalmaqallı pul köçürmələrində onun da rolunun ola biləcəyini vurğulayan suallar ünvanlayıb:
"Dilara Altıntop kimdir? Kimlərlə nə cür əlaqələri var? Bu böyük həcmli pul köçürmələri ilə hər hansı bir bağlılığı varmı? İctimaiyyət bu suallara cavab gözləyir" - deyə Cevdet Akay qeyd edib.
Məsələnin yalnız vətəndaşların itirilmiş pulu ilə məhdudlaşmadığını, eyni zamanda milyardlarla dollarlıq rəqəmsal aktiv hərəkətliliyinin də aydınlaşdırılmasının vacibliyini qeyd edən Akay, rəqəmlərin böyüklüyünü diqqətə çatdırıb:
"Ümumilikdə 8 milyard dollar təxminən 400 milyard Türk Lirəsi deməkdir. Bu məbləğ ölkədəki 17 milyon təqaüdçünün hər birinə 23 min 552 lirə mükafat verilməsi üçün kifayət edən böyük bir vəsaitdir."
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.