
Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandalın adı ölkədə araşdırılan fond işi ilə bağlı iddialarda hallanıb.
AVESTA.AZ xəbər verir ki, iddialara əsasən, Melis Sandalın fond əməliyyatları nəticəsində 11 milyard türk lirəsi həcmində pul çıxışı etdiyi və son iki ay ərzində 2 milyard 350 milyon lirə xalis gəlir əldə etdiyi bildirilir.
Məlumatı şərh edən Mustafa Sandalın meneceri Tekin Önal iddiaları təkzib etməyib. O bildirib ki, sözügedən əməliyyatlarla bağlı əsas tərəf Melis Sütşurup Sandaldır və Mustafa Sandalla bağlı hər hansı ittiham və ya birbaşa əməliyyat yoxdur.
Bundan əlavə, Melis Sandalın avqust ayında xaricə getdiyi və Türkiyəyə qayıtmadığı da iddia edilir.
Qeyd edək ki, Melis Sandalın atası Cihan Sütşurup daha əvvəl səhm manipulyasiyası ilə bağlı Türkiyənin Qiymətli Kağızlar Şurası tərəfindən birjada əməliyyat aparmaqdan məhrum edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.