Bu gün, 12:48 92

Bakıda 53 nömrəli tam orta məktəbdə vahid məktəbli geyimi ilə bağlı qərarın icrasına nəzarət olunur

Vahid geyim uşaqlar arasında fərqlərin ön plana çıxmasının qarşısını almağa, məktəblilərdə məsuliyyət və kollektivə aidlik hissini formalaşdırmağa kömək edir.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu övladları Bakı şəhəri 53 nömrəli tam orta məktəbin 9 və 11-ci sinfində oxuyan valideyn Rövşən İbrahimli deyib.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb. Monitorinqlər zamanı geyim qaydalarının icrası vəziyyətinin yoxlanılması nəzərdə tutulub. Həmçinin vurğulanıb ki, şagirdlərin müəyyən olunmuş məktəbli formasında dərsə davamiyyətini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.

E. İbrahimli qeyd edib ki, vahid məktəbli geyimi həmrəylik və nizam-intizamın göstəricisidir: "Bu yanaşma şagirdlərin diqqətini zahiri görünüşdən çox təhsilə yönəldir".

Adıçəkilən məktəbdə dərs günü başlayan zaman olan "Report" əməkdaşları dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı qərarın icrasına nəzarət olunduğunun şahidi olub. Qeyd etmək lazımdır ki, dərsə gələn məktəblilərin əksəriyyəti vahid geyim forma qaydasına riayət ediblər. Məktəbdə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagirdlərə və onların valideynlərinə müvafiq qaydalar izah edilib.

Xatırladaq ki, Baş nazir Əli Əsədov sentyabrın 21-də "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Paylaş

Xəbər lenti

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub Bu gün, 13:48 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var Bu gün, 13:48 Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər Bu gün, 13:48 Babək Quliyev UEFA-dan təyinat alıb Bu gün, 13:48 DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub Bu gün, 13:48 Von der Leyen Zelenskinin atəşkəs çağırışını dəstəklədi: Ukraynaya 3 milyard avro ayrılır Bu gün, 13:48 Avstraliyanın cənubunda güclü fırtına 7 mindən çox abonenti işıqsız qoyub Bu gün, 13:48 Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-dən çox artırıb Bu gün, 13:48 Husilər 24 saat ərzində ikinci dəfə Ər-Riyadı hədəf aldı – Trampdan açıqlama Bu gün, 13:48 Məktəblərdə vahid geyim formasına qarşı etirazlarda yaranan mənzərə Bu gün, 13:48 İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu Bu gün, 13:48 Uitkoff və Kuşner Kiyevə hansı təkliflərlə gedib? - DETALLAR Bu gün, 13:48 Bakıda 53 nömrəli tam orta məktəbdə vahid məktəbli geyimi ilə bağlı qərarın icrasına nəzarət olunur Bu gün, 12:48 Dənizkənarı bulvarda Çay Festivalı Bu gün, 12:48 Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 12:48 Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik Bu gün, 12:48 Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu Bu gün, 12:48 İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub Bu gün, 12:48 Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir Bu gün, 12:48 Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır Bu gün, 12:48 Müxtəlif infeksiyalar SÜRƏTLƏ YAYILIR - Tanınmış professor danışdı Bu gün, 12:48 "Real Madrid" 16 yaşlı hücumçusunu transfer etməyə yaxındır Bu gün, 12:48 Çexiyalı nazir: "Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik" Bu gün, 12:48 Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi: 72 nəfər ölüb Bu gün, 12:48 Azərbaycanla Kamboca arasında üç sənəd mübadilə olunub Bu gün, 12:48 Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir Bu gün, 11:48 İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub Bu gün, 11:48 14 yaşlı qız faciəvi şəkildə öldü Bu gün, 11:48 Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra vəzifəli şəxslər cəzalandırılıb Bu gün, 11:48 Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib Bu gün, 11:48 AFFA-nın yeni layihələri ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Bu rayonun küçə və prospektləri TƏMİR OLUNACAQ Bu gün, 11:48 İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:48 Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib Bu gün, 11:48 Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır Bu gün, 11:48 iPhone-da mobil internet sərfiyyatını azaltmağın yolu açıqlanıb Bu gün, 11:48 Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər Bu gün, 11:48 ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək Bu gün, 10:48 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü Bu gün, 10:48 Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək Bu gün, 10:48 Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub Bu gün, 10:48 Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda... Bu gün, 10:48 İşçilərinin soyuqda işə gəlməsinə ürəyi dözməyən müdir onlara BMW bağışladı Bu gün, 10:48 Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı Bu gün, 10:48 Böyük Vətən müharibəsindən səhnəyə uzanan yol: Tanınmış sovet aktyorunun həyat hekayəsi Bu gün, 09:48 Zülfiyyə Xanbabayeva: "Qızım məktəbdə oxuyanda da şagirdlərin formalarının eyni olmasını istəyirdim" Bu gün, 09:48 Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR