
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin nazirlərinin onlayn iclasında qlobal neft bazarındakı vəziyyət, daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bazar sabitliyi üçün tələb-təklif balansı ilə yanaşı, enerji resurslarının təhlükəsiz, fasiləsiz və əlverişli şərtlərlə nəqlinin vacibliyi vurğulanıb.
O bildirib ki, "OPEC+" çərçivəsində məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.