
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində İctimai Şuranın üzvləri ilə "Əmək münasibətlərində əməyin mühafizəsi və "Vision Zero" yanaşmasının tətbiqi" mövzusuna həsr olunmuş görüş keçirilib.
AVESTA.AZ xəbər verir ki, görüşdə Xidmət rəisi Vəli Quliyev ictimai iştirakçılığın və dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, əmək hüquqlarının təmin olunması və əmək qanunvericiliyinin tətbiqi sahəsində İctimai Şuranın rolunu qeyd edərək, əməyin mühafizəsi sahəsində görülən işlər, rəqəmsallaşma istiqamətində yeniliklər və qarşıda duran hədəflər barədə məlumat verib.
Bildirilib ki, ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmənin yaradılması, özünənəzarət və risklərin qiymətləndirilməsi modullarının istifadəyə verilməsi nəzərdə tutulur. "Vision Zero" yanaşmasının əsas prinsipinin bədbəxt hadisələrin qarşısının alınması olduğu vurğulanıb.
Görüşdə, həmçinin əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək qanunvericiliyində nəzərdə tutulan yeniliklər, distant iş mexanizmi, peşə xəstəlikləri və əmək münasibətləri ilə bağlı digər aktual məsələlər ətrafında müzakirələr aparılıb.
İctimai Şuranın sədri Elşad Məmmədov və digər üzvlərin fikir və təklifləri dinlənilib, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.