
Rusiyanın Almatıdakı Baş Konsulluğu azərbaycanəsilli rusiyalı repçi Navai (Nəvai Bəkirov) Qazaxıstanın cənubunda həbs olunduqdan sonra ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin əməkdaşı TASS agentliyinə məlumat verib.
"Biz Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Almatıdakı nümayəndəliyinə Rusiya vətəndaşı ilə bağlı yaranmış vəziyyətə dair rəsmi şərh verilməsi xahişi ilə nota göndərmişik", - deyə konsulluğun mətbuat xidmətinin əməkdaşı bildirib.
O vurğulayıb ki, Baş Konsulluq yaranmış vəziyyəti diqqətlə izləyir və nəzarətdə saxlayır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.