
Lexus-un elektrikləşmə strategiyasının yeni parlaq nümayəndəsi olan ES modeli Danimarkanın Kopenhagen şəhərində keçirilən möhtəşəm təqdimatdan sonra artıq Azərbaycandadır.
Tamamilə yeni Lexus ES öz eleqant dizaynı, qabaqcıl texnologiyaları və yüksək rahatlıq standartları ilə Azərbaycanın premium sedan həvəskarlarına heyrətamiz sürüş təcrübəsi vəd edir. Yeni dövrün tələblərinə uyğun olaraq GA-K platforması üzərində layihələndirilmiş model daha geniş salonu, yenilənmiş dizayn xətləri və müasir imkanları ilə öz seqmentində fərqlənir.
Azərbaycanda yeni Lexus ES iki fərqli güc aqreqatı versiyasında təqdim olunur:
· Lexus ES 350h: 247 at gücünə malik 2.5 litrlik hibrid mühərriklə təchiz edilib və ön və ya tam ötürücü sistemlə təklif olunur.
· Lexus ES 500e: 343 at gücü hasil edən tam elektrikli versiya olub, standart olaraq tam ötürücülü sistemlə təmin edilir.
Yeni Lexus ES-in qabaritləri artırılaraq uzunluğu 5 140 mm, eni 1 920 mm, təkər bazası isə 2 950 mm-ə çatdırılıb. Bu ölçü artımı xüsusilə arxa sərnişinlər üçün daha geniş və maksimal dərəcədə komfortlu məkan yaradıb – ön və arxa oturacaqlar arasındakı məsafə əvvəlki nəsillə müqayisədə 77 mm artaraq 1 102 mm təşkil edir.
Interyerdə brendin "Clean Tech x Elegance" fəlsəfəsi və sürücü yönümlü TAZUNA konsepsiyası tətbiq olunub. Sürücü panelində 12,3 düymlük kombimetr və Lexus tarixində təqdim olunan ən böyük 14 düymlük multimedia ekranı yer alır.
Tam elektrikli Lexus ES 500e modeli 75 kVt/saat gücündə litium-ion batareya ilə təchiz edilib. Batareyanın 10%-dən 100%-ə qədər AC şarj vasitəsilə doldurulması təxminən 4 saat çəkir. 150 kVt-a qədər gücü dəstəkləyən DC sürətli şarj texnologiyası isə optimal şəraitdə batareyanı 10%-dən 80%-ə cəmi 28 dəqiqə ərzində çatdırır.
Yeni ES modeli qabaqcıl aktiv təhlükəsizlik texnologiyalarını birləşdirən yenilənmiş Lexus Safety System+ kompleksi ilə təchiz olunub.
Bundan əlavə, yenilənmiş Panoramic View Monitor sistemi avtomobilin ətrafını üçölçülü (3D) görüntüdə izləməyə tam şərait yaradır.
Yeni Lexus ES-i artıq Lexus Bakı mərkəzində sınaqdan keçirə və sifariş edə bilərsiniz. Ətraflı: www.lexus.az
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.