
"Borussiya Dortmund" klubu Azərbaycanda məşq üçün şərait yaratdığına görə "Qarabağ"a təşəkkür edib.
AVESTA.AZ xəbər verir ki, Dortmund təmsilçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Buna səbəb Almaniya klubunun məşq prosesini "Qarabağ"ın "Azərsun Arena"da keçirməsi olub.
Bundan başqa komanda üzvləri ölkələrinə dönərkən ölkəmizə də təşəkkür etməyi unutmayıb.
Xatırladaq ki, dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda keçirilən "Sabah" - "Borussiya Dortmund" matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.