
Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin Koroğlu metro stansiyasından (Piramida tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində və Bakıxanov qəsəbəsi istiqamətində təmir işləri aparılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə aşağıdakı tarixlərdə tam məhdudiyyət tətbiq olunacaq:
21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək;
22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək;
23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək.
Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.