
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Regional Su Meliorasiya" QSC-nin sədri vəzifəsindən çıxarılan Zakir Quliyev Milli Məclisin keçmiş deputatı Elçin Quliyevin qardaşıdır.
BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, E.Quliyev həmçinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneridir.
O, hazırda partiyanın Nərimanov rayon təşkilatının sədridir.
Qeyd edək ki, E.Quliyev 2015-2019-cu illərdə Milli Məclisə keçirilmiş seçkilərdə 63 saylı Sabirabad şəhər birinci seçki dairəsindən V çağırış deputatı seçilib.
Xatırladaq ki, Z.Quliyev QSC sədri vəzifəsindən çıxarıldıqdan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun müşaviri təyin olunub.
O, 2006-2024-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini vəzifəsində fəaliyyət göstərib. 2024-cü ildən isə "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsini icra edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.