
ABŞ artan təhlükəsizlik riskləri səbəbindən Səudiyyə Ərəbistanında çalışan fövqəladə hallar üzrə olmayan diplomatik əməkdaşlara və onların ailə üzvlərinə ölkəni tərk etmək barədə göstəriş verib.
AVESTA.AZ xəbər verir ki, qərara səbəb kimi husilərin mümkün hücumları ilə bağlı təhlükələr göstərilib.
ABŞ rəsmilərinin açıqlamasında bildirilib ki, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına qarşı getdikcə daha çox düşmənçilik fəaliyyəti göstərir. Bu hücumlar mülki şəxslərin ölümü ilə nəticələnir və səfərlərdə ciddi çətinliklər yaradır.
Eyni zamanda, ABŞ Dövlət Departamenti Vaşinqtonun bütün Körfəz ölkələrindəki diplomatlarına ölkələri tərk etmək əmri verməsi barədə yayılan məlumatları təkzib edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.