Bu gün, 22:48 81

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar

Bəzən bir telefon zəngi yalnız diplomatik təmas deyil, həm də siyasi münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini göstərən mesaj olur. Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı da məhz belə bir məna daşıyır.

Liderlər ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Ərdoğan Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini çatdırdı və İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə dəvət edib.

Danışığın müsbət ruhu Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətini bir daha təsdiqləsə də, bu təmasın baş verdiyi siyasi şərait diqqətdən kənarda qalmamalıdır. Sentyabrın sonlarından etibarən Türkiyənin siyasi və ictimai mühitində Azərbaycana qarşı səsləndirilən ittihamlar, sərt açıqlamalar və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar ciddi narahatlıq doğurdu.

Bəzi siyasi fiqurların və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ayrı-ayrı təmsilçilərinin mövqeləri mübahisəni daha da alovlandırdı.

Oktay Saralın açıqlamaları ilə gündəmə gələn müzakirələr, Leyla Şahin Usta və Muhammet Müfit Aydın kimi siyasi şəxslərin mövqeləri Azərbaycan-Türkiyə münasibətlərinin həssaslığı baxımından xüsusi diqqət çəkdi.

Məsələnin mahiyyəti isə məktəbli forması ilə bağlı daxili qərarların müzakirəsindən daha genişdir. Söhbət Azərbaycanın suveren hüquqlarına hörmətdən, dövlətlərarası münasibətlərdə siyasi məsuliyyətdən və daxili siyasi mübarizənin başqa ölkəyə qarşı təzyiq vasitəsinə çevrilməməsindən gedir.

Türkiyədəki ayrı-ayrı siyasi qrupların mövqeyini bütövlükdə Türkiyə dövlətinin və cəmiyyətinin mövqeyi kimi təqdim etmək doğru deyil. Lakin məhz buna görə də rəsmi dairələrin vaxtında və aydın mövqe bildirməsi mühüm əhəmiyyət daşıyırdı.

Əsas sual isə budur: Türkiyədə Azərbaycana qarşı ritorika genişlənərkən niyə bu prosesə daha erkən və prinsipial müdaxilə edilmədi?

Ankara və İstanbulda diplomatik nümayəndəliklərimiz qarşısında aksiyaların keçirilməsi, siyasi müstəvidə sərt ittihamların səsləndirilməsi iki ölkə arasındakı etimad mühitinə zərbə vurdu. Qardaşlıq münasibətləri baxımından qəbuledilməz olan bu davranışların hansı siyasi məqsədlərə xidmət etdiyi və gələcəkdə təkrarlanmaması üçün hansı addımların atılacağı açıq qalır.

Belə bir şəraitdə Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımın və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalının Azərbaycanla qardaşlıq münasibətlərini qoruyan mövqeləri xüsusi qeyd olunmalıdır. Onların yanaşması göstərir ki, Azərbaycanla münasibətlərin müdafiəsi ayrı-ayrı partiyaların maraqlarından daha üstün tutula bilər və tutulmalıdır.

Türkiyə cəmiyyətindəki sekulyar, millətçi və Azərbaycanla münasibətlərin qorunmasını vacib sayan çevrələrin etirazları da mühüm mesaj idi. Bu reaksiyalar sübut etdi ki, ayrı-ayrı siyasi dairələrin ritorikası Türkiyə cəmiyyətinin tam əks etdirmir. Əksinə, yaranmış gərginlik Türkiyədə Azərbaycana səmimi rəğbət bəsləyən çoxsaylı insanların mövcudluğunu bir daha nümayiş etdirdi.

Ərdoğanla Əliyev arasında telefon danışığı strateji müttəfiqliyin davamlılığına dair müsbət siyasi mesajdır. Şuşa Bəyannaməsi ilə möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri təhlükəsizlikdən enerjiyə, nəqliyyatdan türk dünyasının inteqrasiyasına qədər geniş sahələri əhatə edir.

Ancaq bu münasibətlərin gücü yalnız böhranlardan sonra nümayiş etdirilən həmrəyliklə ölçülməməlidir. Əsl strateji tərəfdaşlıq problemlərin vaxtında müəyyənləşdirilməsini, qarşılıqlı suverenliyə hörməti və qardaş ölkəyə qarşı aparılan təxribat xarakterli kampaniyalara prinsipial münasibəti tələb edir.

İndi əsas məsələ telefon danışığının yaratdığı müsbət siyasi ab-havanın konkret nəticələrə çevrilməsidir. Türkiyədəki siyasi dairələr bu hadisədən hansı nəticələri çıxaracaq? Oxşar kampaniyaların qarşısını almaq üçün lazımi mexanizmlər işləyəcəkmi?

Çünki Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı siyasi qrupların gündəlik maraqlarından daha böyükdür. Bu münasibətlərin qorunması isə yalnız iki liderin deyil, hər iki dövlətin siyasi məsuliyyətidir.

Paylaş

Xəbər lenti

Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir Bu gün, 23:48 Evlərin istilik sistemlərində hansı dəyişikliklər nəzərdə tutulub? Bu gün, 23:48 Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq Bu gün, 23:48 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb Bu gün, 23:48 Putin: Rusiya və Ukrayna razılığa gələ bilər Bu gün, 23:48 Brüssel sakini itkin düşənlərin axtarışı ilə bağlı İrəvanı Bakı ilə əməkdaşlığa çağırıb Bu gün, 22:48 Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar Bu gün, 22:48 Bu rayonda 960 şagirdlik yeni məktəb TİKİLƏCƏK Bu gün, 22:48 Tünzalə Ağayevadan eşq etirafı: "Evlənməyə yox, amma …." Bu gün, 22:48 Tünzalə Ağayeva: "Sevginin yaşı yoxdur" Bu gün, 22:48 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib Bu gün, 22:48 Bakıda avtobuslar ən çox bu yollarda tıxaca düşür - SİYAHI Bu gün, 21:48 Bakıda binada uçqun Bu gün, 21:48 Kardiologiya İnstitutunun həyətində pasiyentin ürəyi iki dəfə dayandı - Həkimlər onun həyatını belə xilas etdi Bu gün, 21:48 Vətən müharibəsi qazisi qətlə yetirildi Bu gün, 21:48 Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal Bu gün, 20:48 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı Bu gün, 20:48 "Naxçıvan Aqroservis"in sədri həbs edilib Bu gün, 20:48 Çində 7 maqnitudalı zəlzələ olub Bu gün, 20:48 Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub Bu gün, 20:48 SOCAR-la İtaliyanın "Eni" şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib Bu gün, 20:48 Ağdamda avtoxuliqanlıq edən şəxs 15 sutka həbs edildi Bu gün, 19:48 Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı Bu gün, 19:48 Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib Bu gün, 19:48 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək Bu gün, 19:48 İstehlakçıların aldadılması ilə bağlı 8 ayda 396 müraciət daxil olub Bu gün, 18:48 Belarus müharibəyə hazırlaşır, lakin ondan yayınmağa çalışır Bu gün, 18:48 Sahil qəsəbəsində yaşayanların DİQQƏTİNƏ! Məhdudiyyət Bu gün, 18:48 Amnistiyaya düşən kişi arvadını döydü Bu gün, 18:48 Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb Bu gün, 18:48 BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib Bu gün, 18:48 Avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü işdən azad edildi Bu gün, 18:48 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır Bu gün, 18:48 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu Bu gün, 17:48 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub Bu gün, 17:48 Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi Bu gün, 17:48 İmtahan qaydalarını pozmaqda ittiham olunanlar: Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi Bu gün, 17:48 Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub Bu gün, 17:48 Mühasiblərin diqqətinə! QEYDİYYAT BAŞLADI Bu gün, 17:48 "Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib Bu gün, 16:48 Qardaşlığın gələcəyi necə qorunacaq? Bu gün, 16:48 Bacısının bədənində işgəncə izlərini gördü, qayınatasını qətlə yetirdi - Tərtərdəki cinayətin təfərrüatı Bu gün, 16:48 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb Bu gün, 16:48 Təhsil şöbəsinin müdiri işdən çıxarıldı Bu gün, 16:48 TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı olan vaksindən istifadə olunur Bu gün, 16:48 Qubada qaydaları pozan qazilər həbs edildilər Bu gün, 16:48 Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə və "Aramco"ya hücum etdilər Bu gün, 16:48 Bakı Metropoliteninə yeni sədr müavini təyin edilib Bu gün, 15:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR