Bu gün, 10:48 74

Elçin Əmirbəyov Brüsseldə bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Peter De Rover, Senatının prezidenti Vinsent Blondel, Baş nazirin Ofisinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə aparat rəhbəri Paskal Heyman, Belçika Kralının Ofis rəhbərinin müavini və diplomatik müşaviri Peter Kleys, eləcə də Xarici İşlər Nazirliyinin siyasi, təhlükəsizlik və müdafiə məsələləri üzrə baş direktoru Veronik Petit ilə görüşlər keçirib.

AVESTA.AZ xəbər verir ki, görüşlər zamanı Azərbaycan-Belçika münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Siyasi dialoqun gücləndirilməsinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb. Həmçinin bərpa olunan enerji, informasiya texnologiyaları, yaşıl keçid, nəqliyyat, logistika və süni intellekt sahələrində tərəflərin imkanları və müqayisəli üstünlükləri nəzərə alınmaqla yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə verə biləcəyi qeyd olunub.

E.Əmirbəyov görüşlər zamanı tərəfdaşlarını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, Cənubi Qafqazda dayanıqlı və dönməz sülhün təmin edilməsi üçün zəruri şərtlər, Azərbaycanın gözləntiləri və bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət barədə məlumatlandırıb. O, həmçinin Avropa tərəfdaşlarının postmünaqişə dövründə sülh quruculuğu prosesinə göstərə biləcəyi siyasi dəstəyin əhəmiyyətini vurğulayıb.

E.Əmirbəyov Azərbaycanın dünyada mina və partlamamış sursatlarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu qeyd edərək, azad edilmiş ərazilərdə mina təhlükəsinin insan həyatı üçün ciddi risk yaratdığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına, eləcə də bərpa və yenidənqurma işlərinə ciddi maneə törətdiyini vurğulayıb. Problemin humanitar miqyası nəzərə alınaraq, minatəmizləmə sahəsində beynəlxalq həmrəyliyin və tərəfdaş ölkələrin dəstəyinin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Tərəflər hökumətlərarası siyasi dialoqla yanaşı, parlamentlərarası əməkdaşlığın da qarşılıqlı etimad və anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verə biləcəyini vurğulayıblar. Bu baxımdan, Azərbaycan və Belçika parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən parlament üzvlərinin qarşılıqlı səfərlərinin və müntəzəm görüşlərinin təşkili xüsusi əhəmiyyət kəsb edir.

Belçika parlamentinin rəhbərliyi ilə görüşlərdə parlamentlərarası dialoqun gücləndirilməsinin qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və regionda mövcud reallıqları, eləcə də sülhün möhkəmləndirilməsi səylərini nəzərə almayan qərəzli və qeyri-konstruktiv təşəbbüslərin qarşısının alınmasına töhfə verə biləcəyi diqqətə çatdırılıb. Konstruktiv və davamlı parlamentlərarası təmasların həm Azərbaycan-Belçika münasibətlərinin möhkəmləndirilməsi, həm də həssas xarakterini qoruyan Azərbaycan-Ermənistan normallaşma prosesinə xələl gətirə biləcək təşəbbüslərin qarşısının alınması baxımından əhəmiyyəti vurğulanıb.

Paylaş

Xəbər lenti

Elçin Əmirbəyov Brüsseldə bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb Bu gün, 10:48 Naxçıvana dotasiya 6 %-dən çox azaldılır Bu gün, 10:48 Azərbaycan Basketbol Liqasında IV tur başlayır Bu gün, 10:48 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi Bu gün, 10:48 Arsen Venger Bakıya gəlib Bu gün, 10:48 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı" Bu gün, 10:48 Naibə Allahverdiyeva gecə xəstəxanaya yerləşdirilib Bu gün, 10:48 Reza Deqati Parisdəki iğtişaşlarda xəsarət alıb Bu gün, 10:48 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü Bu gün, 09:48 Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq Bu gün, 09:48 "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub Bu gün, 09:48 Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi Bu gün, 09:48 "Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb Bu gün, 09:48 Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq Bu gün, 09:48 50 yaşını qeyd edən Tünzalə Ağayeva: "Deyirlər yaşını demə!" Bu gün, 00:48 Armudun insan orqanizminə zərərləri - Çoxlarının bilmədiyi məqamlar Bu gün, 00:48 Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir Dünən, 23:48 Evlərin istilik sistemlərində hansı dəyişikliklər nəzərdə tutulub? Dünən, 23:48 Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq Dünən, 23:48 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb Dünən, 23:48 Putin: Rusiya və Ukrayna razılığa gələ bilər Dünən, 23:48 Brüssel sakini itkin düşənlərin axtarışı ilə bağlı İrəvanı Bakı ilə əməkdaşlığa çağırıb Dünən, 22:48 Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar Dünən, 22:48 Bu rayonda 960 şagirdlik yeni məktəb TİKİLƏCƏK Dünən, 22:48 Tünzalə Ağayevadan eşq etirafı: "Evlənməyə yox, amma …." Dünən, 22:48 Tünzalə Ağayeva: "Sevginin yaşı yoxdur" Dünən, 22:48 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda avtobuslar ən çox bu yollarda tıxaca düşür - SİYAHI Dünən, 21:48 Bakıda binada uçqun Dünən, 21:48 Kardiologiya İnstitutunun həyətində pasiyentin ürəyi iki dəfə dayandı - Həkimlər onun həyatını belə xilas etdi Dünən, 21:48 Vətən müharibəsi qazisi qətlə yetirildi Dünən, 21:48 Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal Dünən, 20:48 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı Dünən, 20:48 "Naxçıvan Aqroservis"in sədri həbs edilib Dünən, 20:48 Çində 7 maqnitudalı zəlzələ olub Dünən, 20:48 Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub Dünən, 20:48 SOCAR-la İtaliyanın "Eni" şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib Dünən, 20:48 Ağdamda avtoxuliqanlıq edən şəxs 15 sutka həbs edildi Dünən, 19:48 Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı Dünən, 19:48 Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib Dünən, 19:48 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək Dünən, 19:48 İstehlakçıların aldadılması ilə bağlı 8 ayda 396 müraciət daxil olub Dünən, 18:48 Belarus müharibəyə hazırlaşır, lakin ondan yayınmağa çalışır Dünən, 18:48 Sahil qəsəbəsində yaşayanların DİQQƏTİNƏ! Məhdudiyyət Dünən, 18:48 Amnistiyaya düşən kişi arvadını döydü Dünən, 18:48 Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb Dünən, 18:48 BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib Dünən, 18:48 Avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü işdən azad edildi Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR