Bu gün, 12:48 103

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırladı, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirdi.

Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən Tom Berendsen də öz növbəsində Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri ilə görüşünü xatırlayaraq, əməkdaşlığın inkişafı ilə bağlı Baş nazirdən çox müsbət mesajlar aldığını vurğuladı və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirdi.

Niderlandın xarici işlər naziri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğuladı və qeyd etdi ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.

Söhbət zamanı ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdikləri qeyd olundu, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunuldu.

Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, bu məqsədlə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə edildi.

Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi vurğulandı. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edildi.

Paylaş

Xəbər lenti

Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama Bu gün, 13:48 Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb Bu gün, 13:48 Azərbaycanla Özbəkistan arasında turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri təsdiqlənib Bu gün, 13:48 Ötən həftə 997 ha ərazi minalardan təmizlənib Bu gün, 13:48 "Sabah" 30 illik çempionat tarixinin rekordunu təkrarladı Bu gün, 13:48 Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq Bu gün, 13:48 Mayk Tayson türk serialına çəkiləcək Bu gün, 13:48 66 yaşlı aktyor 30 yaş kiçik sevgilisi ilə evləndi Bu gün, 13:48 Pensiya kapitalının 30 faizi vərəsələrə ödənilə bilər - YENİ AÇIQLAMA Bu gün, 12:53 Babası Xalq artisti, atası səfir olan Eldar İsgəndərovun HOLLİVUD UĞURU Bu gün, 12:52 İlham Əliyev Avstriya Prezidentini təbrik edib Bu gün, 12:52 Bakıda ağacları kəsərkən qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb Bu gün, 12:49 Ceyhun Bayramovun Niderland XİN rəhbəri ilə görüşü başlayıb Bu gün, 12:49 Moskvada universitetdə bomba həyəcanı: tələbə və əməkdaşlar təxliyə edildi Bu gün, 12:49 Moskvada PUA hücumları səbəbindən 109 aviareys gecikib və ya ləğv edilib Bu gün, 12:49 Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir Bu gün, 12:49 Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq Bu gün, 12:48 Niderlandın XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib Bu gün, 12:48 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya... Bu gün, 12:48 Bakıda sabah 21° isti olacaq Bu gün, 12:48 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi Bu gün, 12:48 Arabasıyla yolu bağlayıb, sürücüləri dəmirlə hədələyən şəxs saxlanıldı Bu gün, 12:48 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davanın yeni görüntüləri Bu gün, 10:48 Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu Bu gün, 10:48 Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurub Bu gün, 10:48 Azərbaycanlı gənc müğənni "Eurovision Song Contest Asia"nin açılışında çıxış edəcək Bu gün, 10:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Bütün növ əmək pensiyaları artacaq Bu gün, 10:48 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal Bu gün, 10:48 Aygün Kazımova Zeytun Festivalının bağlanışında çıxış etdi Bu gün, 10:48 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb Bu gün, 10:48 Lula da Silva yenidən Braziliya prezidenti oldu Bu gün, 09:48 Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? Bu gün, 09:48 Uşaqlara zorakılıq, küçələrdə təhlükə: Məsuliyyətsizlik haradan başlayır? Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır Bu gün, 09:48 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı Bu gün, 09:48 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib Bu gün, 09:48 Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq Bu gün, 09:48 U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək Bu gün, 08:48 Bakıda iki rayonda qaz olmayacaq Bu gün, 08:48 Həftənin ilk günü paytaxtın bu yollarında sıxlıq yaranıb Bu gün, 08:48 Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? Bu gün, 08:48 Özünü axmaq kimi göstərən dahi: Niyə Kramarov özünü qəsdən gülünc göstərirdi? Bu gün, 08:48 Tibb işçilərinin maaşına 25 faizədək əlavə: Hansı şəxslərə şamil olunacaq? Bu gün, 08:48 Xırdalanda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" Bu gün, 08:48 Hansı bürclərin daha acgöz olduğu açıqlanıb Bu gün, 00:48 "Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Dünən, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR