
Gənc müğənni Camal Qasımov növbəti uğura imza atıb.
AVESTA.AZ xəbər verir ki, Qafqazın ən böyük musiqi festivallarından olan "DreamFest"də çıxışından sonra sənətçi Asiyada ilk dəfə keçiriləcək "Eurovision Song Contest Asia" mahnı müsabiqəsinin rəsmi açılış proqramına fəxri qonaq kimi dəvət alıb.
Bu barədə "Zoop Club"ın rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Camal Qasımov noyabrın 14-də Tailandın paytaxtı Banqkokda baş tutacaq tədbirdə səhnəyə çıxacaq.
Bu dəvət ifaçıya beynəlxalq auditoriya qarşısında çıxış etmək və yaradıcılığını daha geniş miqyasda təqdim etmək imkanı yaradacaq.
Xatırladaq ki, Camal Qasımov İtaliyada keçirilən "Sanremo Junior" beynəlxalq mahnı müsabiqəsində "Affirmation" mahnısı ilə Azərbaycanı təmsil edərək ilk üçlükdə yer qazanmışdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.