
Türkiyəli müğənni Çelik 25 tələbəyə ümumi dəyəri 1 milyon lirəyə çatacaq təqaüd yardımı göstərəcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, sənətçi Murat Dinlerin "YouTube"da yayımlanan proqramında qonaq olarkən bu barədə danışıb.
Çelik bildirib ki, təqaüd proqramında ilk növbədə valideynlərini itirmiş uşaqlara, əlilliyi olan şəxslərə, şəhid və qazilərin övladlarına üstünlük veriləcək.
Müğənni zəlzələ bölgələri də daxil olmaqla, səfər etdiyi şəhərlərdə ərzaq mağazalarının və apteklərin borc dəftərlərini bağlatdırmasından da danışıb.
"Bir söz var: "Əlini daşın altına qoymalısan". Xeyirxahlıq hərəkatımız da bu sözlə başladı. Bu yaxşılıqları etdikdən sonra özümü daha yaxşı hiss etməyə başladım", – deyə sənətçi bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.