Bu gün, 13:48 97

Energetika Nazirliyi və SOCAR

Energetika Nazirliyinin həyata keçirdiyi "Söndür və qazan!" enerji səmərəliliyi kampaniyası çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə tərəfdaşlığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında "Energy & AI" hakatonu keçiriləcək.

AVESTA.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 11-də Bakı Ali Neft Məktəbində təşkil olunacaq hakatonun əsas məqsədi tələbələrin innovativ və texnoloji potensialını enerji səmərəliliyi sahəsində mövcud praktiki problemlərin həllinə yönəltmək, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə innovativ və praktikada istifadə oluna bilən həllərin hazırlanmasını təşviq etməkdir.

Hakaton çərçivəsində iştirakçılara real enerji istehlakına dair məlumatlar təqdim olunacaq. İştirakçı komandalar həmin məlumatları təhlil edərək səmərəsiz enerji istehlakı hallarını aşkar etməli, onların mümkün səbəblərini müəyyənləşdirməli və enerji itkilərinin azaldılmasına yönəlmiş süni intellekt əsaslı rəqəmsal həllər və ya işlək prototiplər hazırlamalıdırlar.

Yarışda energetika, mühəndislik, informasiya texnologiyaları, kompüter elmləri, süni intellekt, data analitikası, iqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə təhsil alan III və IV kurs bakalavriat, magistratura və doktorantura tələbələri iştirak edə bilərlər. Komandalar minimum 3, maksimum 5 nəfərdən ibarət olmalıdır. Hər bir komandadan qeydiyyat formasını doldurmaq tələb olunur.

Ümumi mükafat fondu 10 500 manat təşkil edən hakatonda birinci yerin qalibi olan komandaya 5 000 manat, ikinci yerin sahibinə 3 500 manat, üçüncü yeri tutan komandaya isə 2 000 manat pul mükafatı təqdim olunacaq.

Hakatonda iştirak etmək istəyən tələbələr 15 noyabr 2026-cı il tarixinədək qeydiyyat forması (https://forms.gle/rMqByepc8iRQiFGCA) vasitəsilə müraciət edə bilərlər.

Yarışla bağlı əlavə məlumat almaq üçün Nazirliyin rəsmi veb səhifəsinə (https://minenergy.gov.az/az/enerji-semereliliyi/enerji-ve-suni-intellekt-hakatonu) və ya energyhackathon@minenergy.gov.az elektron poçt ünvanına müraciət etmək mümkündür.

Paylaş

Xəbər lenti

Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib Bu gün, 14:48 Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı Bu gün, 13:48 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq? Bu gün, 13:48 Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar Bu gün, 13:48 Energetika Nazirliyi və SOCAR "Energy & AI" hakatonu təşkil edir Bu gün, 13:48 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi Bu gün, 13:48 Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi Bu gün, 13:48 Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan" Bu gün, 13:48 AMB: Bu il 1 barel neftin qiyməti 92,8 dollar olacaq Bu gün, 13:48 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur Bu gün, 13:48 Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir Bu gün, 13:48 Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb Bu gün, 12:49 Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də... Bu gün, 12:49 Azərbaycan 9 ayda Qarabağ və Şərqi Zəngəzura 2 milyard manata yaxın pul qoyub Bu gün, 12:48 "SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib Bu gün, 12:48 Vəzifəli şəxslərə yeni qadağalar gəlir: Hansı gəlirləri əldə edə bilməyəcəklər? Bu gün, 12:48 TƏBİB-in mətbuat katibi Səhiyyə Nazirliyində fəaliyyətə başladı Bu gün, 12:48 Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb Bu gün, 12:48 Sabah yağış yağacaq, dağlıq ərazilərə qar düşə bilər - HAVA PROQNOZU Bu gün, 12:48 Professor Adilə Abbasova vəfat edib Bu gün, 12:48 14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi Bu gün, 11:48 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı Bu gün, 11:48 İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur Bu gün, 11:48 Ceyhun Bayramov Türkiyəyə səfər edib Bu gün, 11:48 Hökməli qəsəbəsinin sakinlərinin NƏZƏRİNƏ! Bu avtobuslar YENİLƏNİR Bu gün, 11:48 Azərbaycanda terrorçuluqda təqsirləndirilən 8 nəfərə hökm oxundu Bu gün, 11:48 İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib Bu gün, 11:48 Azərbaycanın turizm imkanları Asiya-Sakit okean regionundan 50-dən çox alıcıya təqdim olunur Bu gün, 11:48 İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu iddia edir Bu gün, 10:48 "Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar Bu gün, 10:48 Azərbaycanda yeni ombudsman seçiləcək Bu gün, 10:48 Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər" Bu gün, 10:48 Bakıda "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilir Bu gün, 10:48 Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib Bu gün, 10:48 Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir" Bu gün, 10:48 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? Bu gün, 09:48 Bakının və Abşeronun bu ərazilərində İŞIQ OLMAYACAQ Bu gün, 09:48 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib Bu gün, 09:48 Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib" Bu gün, 09:48 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı Bu gün, 09:48 Azeri Light neftinin qiyməti 125 dolları ötüb Bu gün, 09:48 ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı Bu gün, 08:48 Kəlbəcərdə AĞIR QƏZA: Bir nəfər ölüb, bir nəfər yaralanıb Bu gün, 08:48 Kredit götürənlərin NƏZƏRİNƏ - Banklar artıq bunu edə bilməyəcək Bu gün, 08:48 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir? Bu gün, 08:48 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat Bu gün, 08:48 14 yaşlı qızın faciəvi taleyi: Sığınacaqda ilk dəfə əlifbanı öyrənir Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR