
Bərdə rayonunda avtomobil qəzası baş verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə "588 saylı qəsəbə" adlanan ərazidə qeydə alınıb.
Belə ki, qəsəbə sakini - 17 yaşlı Şirin Səfərzadə VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın elektrik dirəyinə çırpılıb.
Yeniyetmə xəsarət alaraq, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.