Bu gün, 14:48 104

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib.

BAKU.WS Demokrat.az-a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidir - red.) ilə mübahisə edib.

Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, qadının sifət nahiyəsinə bir dəfə yumruqla, bir dəfə isə əli ilə zərbə endirərək ona xəsarət yetirib.

Ceyhun Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ceyhun ona elan olunmuş ittihamda özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, hazırda ailə üzvləri ilə birgə yaşayır və heç yerdə işləmir. Onun sözlərinə görə, Mingəçevir sakini Elmira ilə 2025-ci ildə "TikTok" sosial platformasında tanış olub və həmin vaxtdan münasibətləri yaranıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, Elmira ona subay olduğunu bildirib:

"Bir neçə gün danışıb mesajlaşdıqdan sonra ona zəng vurdum və Yeni il bayramını birlikdə keçirməyi, Ucarda qalmasını təklif etdim. Onu Ucara dəvət etdim. Elmira da dəvətimi qəbul etdi, bayramı keçirdikdən sonra Mingəçevirə qayıdacağını bildirdi. Mən də taksi ilə Mingəçevirə gedərək onu götürərək Ucara gətirdim. Birlikdə Ucar şəhərində vaxt keçirdik. Günortadan sonra bazar ətrafındakı kafelərin birində yemək yedik, spirtli içki qəbul edərək hər ikimiz yüngül sərxoş olduq. Axşam tərəfi isə taksi ilə Bakı-Qazax magistral yolunun kənarında yerləşən qardaşım Amilin işlətdiyi kafeyə getdik və orada əylənərək bir qədər də araq içdik. Nəticədə tam sərxoş olduq".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün saat 22 radələrində Elmira ona Mingəçevirə qayıtmaq istədiyini bildirib:

"Mən isə digər taksi sürücüsü olan tanışım Eldara zəng vuraraq həmin kafeyə gəlməsini xahiş etdim. Eldar VAZ-21061 markalı avtomobili ilə gəldi. Mən ön oturacaqda, Elmira isə arxa sağ oturacaqda əyləşdi. Elmiraya birlikdə qalmağı təklif edərək səhər onu yola salacağımı bildirdim. Lakin o, artıq gec olduğunu, evə getmək istədiyini və bu dəfə mənimlə qalıb gecələyə bilməyəcəyini bildirdi. O, başqa vaxt görüşərək birlikdə vaxt keçirə biləcəyimizi dedi və məndən onu Mingəçevirə yola salmağımı xahiş etdi. Elmiradan sözümü yerə salmamasını xahiş etdim. Lakin o, "Gələn səfər bir yerdə qalarıq", - deyərək razılaşmadı. Sözümü yerə saldığına görə onun bu hərəkəti mənə pis təsir etdi və aramızda mübahisə yarandı".

Ceyhunun sözlərinə görə, həmin vaxt Ucarın Elnur Hacıyev küçəsində hərəkətdə olarkən dəmiryol keçidinə yaxınlaşıblar:

"Elmiranın hərəkəti mənə pis təsir etdiyindən və əsəbiləşdiyimdən Eldara avtomobili kənara çəkərək saxlamasını dedim. Dəmiryol keçidinə 10-15 metr qalmış avtomobili yolun sağ kənarında münasib yerdə saxladı. Mən də əsəbiləşdiyimdən avtomobildən düşdüm və arxa sağ qapını açaraq qəsdən yumruqla Elmiranın burnunun sağ tərəfindən, ardınca isə bir dəfə şillə ilə sifətinin sağ gözaltı nahiyəsindən vurdum və ona xəsarət yetirdim. Həmin vaxt orada başqa heç kim olmayıb. Elmiranın burnundan qan gəldiyi və özünü yaxşı hiss etmədiyi üçün avtomobildən su butulkası götürərək sifətinə su çilədim. Özünə gəldiyini gördüm və ona avtomobilə əyləşməyi, onu aparmağı təklif etdim. Elmira isə etiraz edərək özünün gedəcəyini və məndən şikayət edəcəyini bildirdi. Mən də Eldarın idarə etdiyi avtomobilə əyləşərək oradan getdim".

Ucar Rayon Məhkəməsinin hökmü ilə Ceyhun 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətində hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini, habelə Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulub.

Bundan başqa, təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsini gəzdirmək və onun işlək vəziyyətdə saxlanılmasını təmin etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri həvalə edilib. Kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, Ucar rayonu daxilində ictimai-iaşə və xidmət obyektlərinə getməmək vəzifəsi tapşırılıb.

Paylaş

Xəbər lenti

Vladislav Bıkov 72 yaşında vəfat etdi Bu gün, 15:48 Həbsxanada İmamoğlu ilə Sibel Canın sevgilisi arasında QALMAQAL YAŞANDI Bu gün, 15:48 Qətərdən ABŞ və İran danışıqları ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 15:48 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi Bu gün, 15:48 "Yelo Bank" reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu Bu gün, 15:48 Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı" Bu gün, 15:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi Bu gün, 15:48 Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım Bu gün, 15:48 Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb Bu gün, 15:48 Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı? Bu gün, 15:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib Bu gün, 14:48 UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək Bu gün, 14:48 Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika Bu gün, 14:48 Zakir Həsənov generallarla təlimi izlədi Bu gün, 14:48 Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi Bu gün, 14:48 "Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü Bu gün, 14:48 Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib Bu gün, 14:48 MKA "WhatsApp"da yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib Bu gün, 14:48 Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların ADLARI Bu gün, 13:48 Bakıda və Abşeronda müşahidə olunan dumanlı havanın SƏBƏBİ AÇIQLANDI Bu gün, 13:48 Şəmkirdə 13 il əvvəl törədilən amansız qətlin üstü açıldı: Şübhəli şəxs məhkəmə qarşısında Bu gün, 13:48 AFFA futbolçunun adına görə "Qarabağ"ı cərimələdi Bu gün, 13:48 Leyla Şıxlinskayanın 55 ildən sonra "Gün keçdi" ilə bağlı arzusu Bu gün, 13:48 Gürcüstan 101 əcnəbini ölkədən deportasiya edib Bu gün, 13:48 Üçüncü övladı doğulan 45 yaşlı Natali: "Bu kiçik insan qarşısında... " Bu gün, 13:48 Dövlət sərhədində bir ayda 472 kiloqram narkotik aşkarlanıb Bu gün, 13:48 Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk uşaq ölümü qeydə alınıb Bu gün, 13:48 Mütəxəssis 20 il ömürdən məhrum edən xəstəlik barədə xəbərdarlıq etdi Bu gün, 13:48 Harri Keyn tənqidlərə münasibət bildirdi Bu gün, 12:48 Zakir Həsənov: Ali Baş Komandan Azərbaycan Ordusunun fəaliyyətindən razıdır Bu gün, 12:48 Əli Kərimlinin məhkəməsi başlayıb Bu gün, 12:48 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" Bu gün, 12:48 Yol kənarında kabel od tutub YANDI Bu gün, 12:48 Azərbaycanın yeni Ombudsmanı SEÇİLDİ Bu gün, 12:48 Kriştianu Ronaldonun oğlu Portuqaliya millisinin U-17 komandasına dəvət alıb Bu gün, 12:48 Azərbaycanlılarının pulunu talayan beynəlxalq şəbəkənin "Call center"inə zərbə vuruldu Bu gün, 12:48 Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Amerikalı milyonçu ailəsi ilə birlikdə təyyarə qəzasında həlak oldu Bu gün, 12:48 ABŞ-nin strateji neft ehtiyatları 44 ildən sonra ən aşağı səviyyəyə düşdü Bu gün, 12:48 Məşhur televiziya aparıcısının beynindən şiş çıxarılıb Bu gün, 12:48 Səbinə Əliyeva əsas hədəflərini açıqladı Bu gün, 12:48 İran ABŞ-yə xəbərdarlıq etdi: "Müharibə regionla məhdudlaşmayacaq" Bu gün, 12:48 Baku Steel Company "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir Bu gün, 12:48 Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular Bu gün, 11:48 Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı Bu gün, 11:48 Nizami City-də təmirli mənzil kampaniyası başladı:  Məhdud sayda mənzil Bu gün, 11:48 Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub - RƏSMİ Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR