18-03-2025, 03:48 525

Salyanda 31 yaşlı oğlan məktəbli qızı evinə apardı, təcavüz etdi

Salyan rayonunda 1994-cü il təvəllüdlü İntiqam yetkinlik yaşına çatmayan Şahnaza (adlar şərti verilib - red.) təcavüz edib.

BAKU.WS Teleqraf-a istinadla xəbər verir ki, İntiqam 5 mart 2024-cü ildə saat 17 radələrində aralarında on beş yaş fərqi olduğunu bilə-bilə, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Şahnazı öz razılığı ilə yaşadığı mənzilə aparıb. Orada Şahnazla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən İntiqamın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şahnazla əmisi oğlu Həsənin vasitəsilə tanış olub: "Həsən Şahnazla tanış idi. Sonradan "WhatsApp" qrupu yaratdı, həmin qrupa mən, Şahnaz və tanımadığım başqa bir qız qoşuldu. Şahnazın yazdığı mesaj, etdiyi zənglərdən sonra onunla telefonla tanış oldum. Telefon vasitəsilə mütəmadi yazışaraq əlaqə saxladıq. Şahnaz mənə öz şəkillərini göndərsə də, görüntülü danışmadıq".

İntiqam qeyd edib ki, növbəti dəfə yazışarkən Şahnaz onu yaxından tanımaq istədiyini, oturaraq çay içməyi təklif edib: "Martın 5-də qardaşının ad günü olacağını, həmin gün evdəkilərin başının qarışacağını, bundan istifadə edərək evdən çıxmağa imkanın ola biləcəyini dedi. Mən də ona görüşmək istədiyimi dedim. Martın 5-də saat 15 radələrində məni Neftçala rayonunun kəndindəki körpünün yanında gözləyəcəyini bildirdi.

Bu səbəbdən taksi çağıraraq sürücüyə məni Neftçala rayonuna aparıb-gətirməsini xahiş etdim. Taksi ilə Neftçala rayonunun kəndindəki körpünün yanına gəldim. Orada məni gözləyən Şahnazı maşına götürdük və geriyə, Salyan şəhərinə qayıtdıq.

Salyanda Şahnazla birlikdə çay içdik. Geri dönərkən Şahnaz avtomobildən yerə düşməmiş kənd sakinləri avtomobilə hücum çəkərək məni döyməyə başladılar".

İntiqam bildirib ki, Şahnazla öz razılığı əsasında yaxınlıq edib: "Ondan yaşını soruşduqda 18 yaşı olduğunu dedi. Şahnazın real yaşını Neftçala Rayon Polis Şöbəsində bilmişəm.

Mən özümü Cinayət Məcəlləsinin 152.1-ci maddəsi üzrə günahkar bilirəm. Mənim bağışlanmağımı, yaşlı, xəstə anama və atama görə mənə köməklik göstərilməsini xahiş edirəm".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Şahnazın sözlərinə görə, valideynləri ilə birlikdə Neftçala rayonunun kəndində yaşayır, 9-cu sinifdə oxuyur: "2024-cü ilin fevral ayının ortalarında telefonundakı "İnstagram" sosial şəbəkə vasitəsilə sonradan adını bildiyim İntiqamla tanış oldum. İntiqam mənə Salyan şəhərində yaşadığını, subay olduğunu bildirdi və məndən mobil telefonumun nömrəsini istədi. Mən də mobil nömrəmi İntiqama verdim.

Zərərçəkmiş qeyd edib ki, martın 5-də növbəti dəfə telefonda danışarkən İntiqam ona görüşməyi təklif edib: "İntiqama həmin gün qardaşım Elvinin ad günü olduğunu, buna görə onunla görüşə biləcəyimi dedim.

İntiqam Neftçala rayonuna gəldi və mənə zəng edərək kəndimizdəki "Şəhidlər abidəsi"nin yanında məni gözlədiyini dedi. Mən də anama mağazaya gedəcəyimi deyib, saat 16 radələrində həmin bəhanə ilə evdən çıxdım və İntiqamın məni gözlədiyi yerə gəldim. Onun gəldiyi taksi maşını ilə Salyan şəhərindəki yaşadığı evə gəldik. Sürücü saat 17 radələrində bizi orada düşürəndən sonra getdi. Biz isə İntiqamın yaşadığı evə keçdik".

Zərərçəkmiş şəxs deyib ki, İntiqamı onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğu üçün günahkar saysa da, onu bağışlayır: "Hazırda İntiqamla heç bir əlaqəm yoxdur. O mənə öz yaşını 24-25 olaraq demişdi. İntiqamgilin evində olanları, mənə qarşı etdiyi hərəkətləri demək istəmirəm".

Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İntiqam 8 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Paylaş

Xəbər lenti

Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI Bu gün, 15:48 Sahildə qadın meyiti tapıldı Bu gün, 15:48 Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib Bu gün, 15:48 Nazir: Valideynin varlı və ya kasıb olması əsas deyil, əsas uşağın təhsili ilə maraqlanmaqdır Bu gün, 15:48 Onlayn kreditlərlə bağlı AÇIQLAMA: Vətəndaşlar nəyə diqqət etməlidir? Bu gün, 15:48 Nağdsız ev alanlara 23,2 milyon manat ƏDV geri qaytarılıb Bu gün, 15:48 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib Bu gün, 15:48 Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub Bu gün, 14:48 Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı Bu gün, 14:48 Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı Bu gün, 14:48 Ağaclara qanunsuz yerləşdirilən 267 reklam qurğusu söküldü Bu gün, 14:48 "Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı Bu gün, 14:48 Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI Bu gün, 14:48 Nazir: Azərbaycan PISA nəticələrində artıma görə dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir Bu gün, 14:48 Koxalski "Qarabağ"dan getdi - RƏSMİ Bu gün, 14:48 Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb Bu gün, 14:48 Tanınmış tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbərinə HÖKM OXUNUB Bu gün, 14:48 TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib Bu gün, 14:48 Bəzi bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır Bu gün, 13:48 Azərbaycana PUA ilə narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 Azərbaycanda qızlar riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərir - Nazir Bu gün, 13:48 9 illik baza üzrə kolleclərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI Bu gün, 13:48 Rusiyada poçt əməkdaşlarına antidron silahları veriləcək Bu gün, 13:48 Azərbaycanda xəstəliklərin aşkarlanmasında süni intellektdən istifadə ediləcək? Bu gün, 13:48 Azərbaycanda fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq Bu gün, 13:48 Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə bütün ölkə üzrə iştirak edir Bu gün, 12:48 Bakıda oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI Bu gün, 12:48 Azərbaycan riyazi savadlılıq üzrə PISA-da 49-cu yerdədir Bu gün, 12:48 Orta Dəhliz yükdaşımaların sistemli şəkildə artırılması üçün Avropa bazarına çıxır Bu gün, 12:48 İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib Bu gün, 12:48 Azərbaycan təbiət elmlərinə görə 91 ölkə üzrə 69-cu yerdədir Bu gün, 12:48 ADSEA: Azərbaycanda daşqın hallarının sayı son illərdə 10-15 dəfə artıb Bu gün, 12:48 Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib Bu gün, 12:48 Bərdədə bəzi ərazilərdə içməli su ilə bağlı problem yarandı Bu gün, 12:48 "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq Bu gün, 12:48 Nazir: Oxuduğunu anlamamada ciddi pedaqoji problem var, Bakı üzrə geriləmə müşahidə olunur Bu gün, 12:48 Muxtar Babayev: "Aqrar sahənin iqlim risklərinə uyğunlaşdırılması üzrə proqramlar hazırlanır" Bu gün, 11:49 Tbilisi-Bakı qatarı 24 yaşlı kişini vuraraq öldürdü Bu gün, 11:49 Birinci sinfə qəbul olanların sayı son bir ildə AZALIB - RƏSMİ Bu gün, 11:49 Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir Bu gün, 11:48 Xəstəxanalarda növbələrlə bağlı AÇIQLAMA - GENİŞLƏNDİRİLƏCƏK Bu gün, 11:48 Ağır qəzada həlak olan şəxs lisey müəllimi imiş Bu gün, 11:48 UN-Habitat: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi infrastruktur və iqtisadi risklər yarada bilər Bu gün, 11:48 BYD arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı Bu gün, 11:48 Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi: Son 11 il ən isti dövr olub Bu gün, 11:48 Təcili yardım maşınını telefonla izləmək mümkün ola bilər - RƏSMİ Bu gün, 11:48 Nazir: "Azərbaycan üçün məhsuldarlıq və dayanıqlılıq bir-birinə alternativ məqsədlər deyil" Bu gün, 11:48 Neftimizin qiyməti 107 dolları keçib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR