3-02-2023, 11:51 627

DSMF-in sərbəst vəsaitləri və investisiya gəlirləri Mərkəzi Bankda saxlanacaq

Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitinin investisiyaya yönəldilməsi qaydası müəyyən edilib.

“Report” xəbər verir ki, bu, “Sosial sığorta haqqında” Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanunda yeni anlayışlar kimi sərbəst vəsait və investisiya gəliri terminlərinin əlavə edilməsi təklif edilir. Həmin anlayışlar DSMF-nin investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin investisiyaya yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.

Layihəyə əsasən, DSMF-nin büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilə bilər.

Digər tərəfdən Qanunun 1-ci maddəsi sosial sığorta anlayışı adlansa da, Qanunda ayrıca anlayışlar maddəsinin olmaması, habelə digər maddələrdə də anlayış müəyyən edən normaların nəzərdə tutulması həmin müddəaların əlavə edilməsi təklif edilən yeni anlayışlarla vahid maddədə birləşdirilərək Qanunun 1-ci maddəsinin yeni redaksiyada verilməsini şərtləndirib. Bununla bağlı olaraq digər maddələrdə olan anlayış nəzərdə tutan normaların ləğv edilməsi təklif edilib.

Eyni zamanda layihədə sərbəst vəsaitin investisiyaya yönəldilməsi ilə bağlı fəaliyyətin Qanundan irəli gələn müvafiq qaydada detallaşdırılması təklif edilir.

Bununla belə layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Mərkəzi Bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.

Bu isə Fonda ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etməklə yanaşı, sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verəcək.

Qeyd edək ki, qanun layihəsi bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Paylaş

Xəbər lenti

İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb Bu gün, 00:48 Əraqçi ABŞ-nin İran limanlarını blokadaya almasını müharibə aktı adlandırıb Dünən, 23:48 ABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? Dünən, 23:48 Sinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR Dünən, 23:48 Bakı metrosundan istifadə edənlərin NƏZƏRİNƏ - Sabah qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək Dünən, 23:48 Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər" Dünən, 23:48 Ərdoğan və Sindi Kiro islamofobiya ilə mübarizəni müzakirə ediblər Dünən, 22:48 Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir Dünən, 22:48 Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar Dünən, 22:48 "Oskar" mükafatlı rejissor vəfat etdi Dünən, 22:48 Uşaqlarda fiziki inkişaf üçün nə önəmlidir? - Syuzanna Silvester izah edir Dünən, 21:48 Naxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edildiyi məlum olub Dünən, 21:48 Aİ ölkələri İrana qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəlib Dünən, 21:48 Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib Dünən, 21:48 "Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDI Dünən, 20:48 Nurlana Orucova şöbə müdiri təyin edildi Dünən, 20:48 Tayani: Meloninin Azərbaycana səfəri münasibətlərin gücləndirilməsində əsas mərhələdir Dünən, 20:48 Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Dünən, 20:48 Bakı metrosunda dəhşətli ANLAR - Sərnişin hər kəsin gözü qarşısında can verdi Dünən, 20:48 Tramp İran liderlərini qadınları həbsdən buraxmağa çağırdı Dünən, 19:48 Zelenski: Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb Dünən, 19:48 Avropa çempionatı: Azərbaycan güləşçisi Həsrət Cəfərov finala yüksəlib Dünən, 19:48 Bakı metrosunda nə baş verir? - Hazırda 28 may stansiyasında... Dünən, 19:48 Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər Dünən, 19:48 Tramp İran rəhbərliyini ölüm cəzasına məhkum edilmiş 8 qadını əfv etməyə çağırıb Dünən, 18:48 Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun iclası olub Dünən, 18:48 Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" Dünən, 18:48 Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır Dünən, 18:48 Metroda generatorlar niyə işə düşməyib? Dünən, 17:48 Tərkibində təhlükəli maddə aşkarlanan kəsmiklə bağlı RƏSMİ AÇIQLAMA Dünən, 17:48 Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb Dünən, 17:48 Bakı metrosunda baş verən hadisə ilə əlaqədar iki nəfər xəstəxanaya aparılıb Dünən, 17:48 Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ Dünən, 17:48 "Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib Dünən, 17:48 Evində söküntü zamanı üzərinə beton düşdü, öldü Dünən, 16:48 Bakı metrosunun stansiya rəisi ÖLÜB Dünən, 16:48 İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 5-də Azərbaycana gələcək Dünən, 16:48 Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alırlar? - DİN-dən açıqlama Dünən, 16:48 UFC Bakı Şəhər Halqası ilə çoxillik tərəfdaşlıq çərçivəsində Azərbaycana qayıdır Dünən, 16:48 Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcək Dünən, 16:48 Prezident güzəştli ipoteka krediti ilə bağlı fərman imzaladı Dünən, 16:48 Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək Dünən, 16:48 Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb Dünən, 16:48 Bakı metrosunun bağlanmasının səbəbi bilindi Dünən, 16:48 SON DƏQİQƏ! - Metroda hərəkət bərpa edildi Dünən, 15:48 "Qarabağ" Elvini satışa çıxardı Dünən, 15:48 Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib Dünən, 15:48 Suraxanıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? - RƏSMİ Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR