
ABŞ Prezidenti Donald Tramp Fransada və İtaliyada keçirilən etiraz aksiyaları fonunda bu ölkələrin gələcəkdə mövcudluğunu qoruyub saxlaya bilməyəcəyini iddia edib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına telefon müsahibəsində danışıb. Onun açıqlamasını RİA Novosti yayıb.
ABŞ lideri Avropada vəziyyətin getdikcə pisləşdiyini bildirərək qitənin "ölməkdə olduğunu" deyib.
"Fransada, İtaliyada və bütün digər ölkələrdə baş verənlərə baxın. Açığı, onların vəziyyəti çox pisdir. Hətta mövcudluqlarını davam etdirə bilməyə bilərlər", – deyə Tramp bildirib.
O əlavə edib ki, ABŞ bu ölkələrdən fərqli olaraq inkişaf edir və mövcud vəziyyətin belə davam etməsini istəyir.
Qeyd edək ki, Fransada etiraz aksiyaları sentyabrın ortalarında başlayıb. Aksiyalara məktəblərdə müəllim çatışmazlığı və təhsil müəssisələrinin maliyyələşdirilməməsi səbəbindən yaranan problemlər səbəb olub.
İtaliyada isə oktyabrın ortalarında enerji daşıyıcılarının və yanacağın bahalaşması, inflyasiya, silahlanma və hərbi münaqişələrə etiraz fonunda aksiyalar başlayıb. Oktyabrın sonunda Almaniya, İspaniya və Albaniyada da etirazlar keçirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.