
Gələn il Azərbaycanda təbii qaz hasilatının cari ilin proqnozu ilə müqayisədə 239,2 milyon kubmetr, yəni 1,5 % yüksələrək 16,3 milyard kubmetrə çatacağı nəzərdə tutulur.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb.
Sənədə görə, dizel yanacağının istehsal həcmi 115,4 min ton, yəni 5 % artım göstərəcək. Bundan əlavə, ƏDV-yə cəlb olunan dövriyyənin genişlənməsi nəticəsində əlavə vergi öhdəliklərinin formalaşacağı gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.