
Fransa Prezidenti Emmanuel Makronla Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə görüş keçiriblər.
AVESTA.AZ xəbər verir ki, Yelisey sarayında baş tutan görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası müzakirə olunub.
Tərəflər, həmçinin Ermənistan-Avropa İttifaqı əməkdaşlığını, viza rejiminin liberallaşdırılmasını və regional prosesləri nəzərdən keçiriblər.
Qeyd edək ki, Nikol Paşinyan IX Paris Sülh Forumunda iştirak etmək məqsədilə Fransaya işgüzar səfər edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.