
Türkiyənin İstanbul şəhərində güclü fırtına və lodos səbəbindən dənizdə nəhəng dalğalar yaranıb.
AVESTA.AZ xəbər verir ki, hadisə Üsküdar rayonunda, Qız Qalasının yaxınlığında baş verib.
Qala mənzərəsində foto çəkdirmək istəyən 3 nəfər poz verdikləri zaman sahilə çırpılan nəhəng dalğaya yaxalanıblar.
Dalğanın gücü ilə islanan və yerə yıxılan şəxslərin görüntüləri mobil telefon kamerası ilə qeydə alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.