Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Nazirlər Şurasının 30-cu iclasında iştirak etmək üçün Pakistana yollanıb. BAKU.WS xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Elnur Məmmədovu İslamabad Beynəlxalq Hava Limanında Pakistan Xarici İşlər Nazirliyinin əməkdaşları qarşılayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.