Bu gün, 19:48 60

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsmi səfəri zamanı qəbul olunmuş "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nda öz əksini tapıb.

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Bəyanatda strateji tərəfdaşlıq üzrə əsas istiqamətlərə xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə dair uzunmüddətli müqavilələrin bağlanması, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu istiqamətində əlaqələrin inkişaf etdirilməsi və birbaşa aviareyslərin açılmasının təşviqi daxil edilib.

Hər iki dövlət neft-qaz sənayesində münasibətləri dərinləşdirmək, enerji məhsullarının tədarükü istiqamətində birgə fəaliyyəti artırmaq və uzunmüddətli təchizat müqavilələri imzalamaq niyyətindədirlər. Birgə sənəddə həmçinin ticarət və yatırım münasibətlərinin stimullaşdırılması, qarşılıqlı iqtisadi mexanizmlərin effektivliyinin yüksəldilməsi, eləcə də mədən sənayesi və alüminium istehsalı sahələrində əlaqələrin böyüdülməsi nəzərdə tutulur.

Aqrar sektor, meşə və balıqçılıq məhsullarının xarici bazarlara çıxışının asanlaşdırılması və kənd təsərrüfatı sahəsində müasir texnologiyalardan istifadənin dəstəklənməsi planlaşdırılır. Bundan əlavə, iqlim dəyişmələri, ekologiyanın qorunması və yaşıl inkişaf sahələrində ortaq proqramların icrası tərəflər üçün mühüm vəzifə olaraq vurğulanıb.

İki ölkə arasında sözügedən sahələrdə əməkdaşlıq həm Azərbaycanın, həm də Vyetnamın dünyada artan rolunun nəticəsi kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev vyetnamlı həmkarı To Lam ilə geniş tərkibdə görüşü zamanı bu məsələyə xüsusilə toxunub.

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

"Vyetnam indi çox önəmli beynəlxalq aktordur və təkcə regionunuzda deyil, qlobal miqyasda önəmli rol oynayır.

Sizin sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir", - İlham Əliyev vurğulayıb.

Rəsmi Bakı və Hanoy dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı üzrə təcrübə mübadiləsi aparmağı və Trans-Xəzər marşrutundan istifadə etməklə əməkdaşlığı fəal təşviq etməyi nəzərdə tutur. Birbaşa uçuşların təşkilinin təşviqi ticarət dövriyyəsini, turizm axınını və insanlararası əlaqələri artırmağa yönəlib. Təhsil və mədəniyyət üzrə gündəliyə qarşılıqlı tələbə təqaüdləri, birgə tədqiqat layihələri, davamlı akademik mübadilə və qarşılıqlı mədəniyyət günləri daxildir.

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Bu mənada, To Lamın ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlı Azərbaycan lideri ilə görüşdə söylədikləri gələcək əlaqələrin istiqamətini müəyyənləşdirmə baxımından önəmlidir.

"2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrimizdə yeni səhifə açan tarixi mərhələdir. Hər iki ölkə qarşısında bütün səviyyələrdə və bütün sahələrdə duran mühüm vəzifə əməkdaşlığımızın məzmununu şaxələndirərək, onu konkret proqramlara, layihələrə və nailiyyətlərə çevirərək xalqlarımıza əhəmiyyətli faydalar qazandırmaqdır", - Vyetnam Prezidenti deyib.

Qəbul edilmiş bəyanatda ali səviyyəli qarşılıqlı səfərlərin intensivliyinin qorunması, parlamentlərarası əlaqələrin genişləndirilməsi və aidiyyəti dövlət qurumları çərçivəsində yeni fəaliyyət mexanizmlərinin təşkili imkanlarının öyrənilməsi də yer alıb. Həmçinin tərəflər müdafiə sahəsində tərəfdaşlığı irəlilətmək, transmilli cinayətkarlıq, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanlarının əlaqələndirilməsini gücləndirmək niyyətindədirlər.

Azərbaycan və Vyetnam Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) platformalarında koordinasiyanı gücləndirməyi və bir-birinə dəstək verməyi qərara alıblar. Sənəddə əlavə olaraq Azərbaycanın ASEAN təşkilatı və ona üzv olan ölkələrlə münasibətlərinin genişləndirilməsinə diqqət çəkilib.

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

"Bu il AQEM Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, bugünkü ikitərəfli danışıqlarımız zamanı gələcəkdə razılaşmaların həyata keçirilməsini davam etdirmək, bütün istiqamətlər üzrə əməkdaşlığı daha da inkişaf etdirmək vasitələri və yolları barədə açıq müzakirələr aparacağıq", - To Lam çoxtərəfli beynəlxalq əməkdaşlıq baradə deyib.

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Azərbaycan Prezidenti isə Vyetnam ilə beynəlxalq əlaqələrin əhəmiyyətini vurğulayıb:

"Əməkdaşlığımız bir çox sahələri əhatə edir və biz beynəlxalq aləmdə güclü qarşılıqlı əlaqəyə malik olduğumuz üçün çox şadıq. AQEM Zirvə Görüşündə yüksəksəviyyəli iştirakınız üçün Sizə minnətdarıq".

Qeyd edək ki, iki dövlət arasında diplomatik əlaqələrin əsası 1992-ci ildə qoyulub. Ölkə rəhbərləri 2025-ci ilin 7 may tarixində qəbul olunmuş strateji tərəfdaşlığa dair birgə bəyanatın əsas prinsiplərinə sadiq qaldıqlarını yenidən təsdiqləyiblər. İmzalanan sənəddə beynəlxalq hüquq normalarına, ərazi bütövlüyü və suverenliyə hörmət qarşılıqlı münasibətlərin təməli kimi xüsusi vurğulanır.

Paylaş

Xəbər lenti

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib Bu gün, 19:48 Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı - Rəsmi Bu gün, 19:48 Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək Bu gün, 19:48 Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib Bu gün, 19:48 Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır Bu gün, 19:48 Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib Bu gün, 19:48 İlham Əliyev: "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" Bu gün, 18:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad edib? - Rəsmi açıqlama Bu gün, 18:48 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib Bu gün, 18:48 Emin Mahmudovun fotosu Nyu-Yorkun mərkəzindəki məşhur ekranda yayımlanıb Bu gün, 18:48 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb Bu gün, 18:48 Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif Bu gün, 18:48 Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək Bu gün, 18:48 Bakıda yolu keçmək istəyən 62 yaşlı qadını maşın vurdu Bu gün, 18:48 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? Bu gün, 17:48 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" Bu gün, 17:48 Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır" Bu gün, 17:48 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu Bu gün, 17:48 Adil Kərimli hindistanlı həmkarı ilə mədəni əlaqələrin inkişaf perspektivini müzakirə edib Bu gün, 17:48 Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb Bu gün, 16:48 Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? Bu gün, 16:48 Kirayənişin 2 il qaldığı evi BU HALA SALDI Bu gün, 16:48 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var Bu gün, 16:48 Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb Bu gün, 16:48 Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib Bu gün, 16:48 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı Bu gün, 16:48 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib Bu gün, 15:48 To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur Bu gün, 15:48 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" Bu gün, 15:48 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır Bu gün, 15:48 Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq Bu gün, 15:48 Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq Bu gün, 15:48 Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq Bu gün, 15:48 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat etdi Bu gün, 15:48 "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçiribv Bu gün, 15:48 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü Bu gün, 15:48 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar Bu gün, 15:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb Bu gün, 15:48 Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 14:48 Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır Bu gün, 14:48 Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib Bu gün, 14:48 Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək Bu gün, 14:48 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı Bu gün, 14:48 Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub Bu gün, 14:48 Bu gün Tahir Abdullayevin döyüşü var Bu gün, 14:48 Vəkil Orxan Kəngərliyə qarşı əməliyyatın təfərrüatı və görüntüləri açıqlandı Bu gün, 13:48 Sabah 18° isti olacaq - Proqnoz Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR