
Türkiyədə qəribə olay yaşanıb.
AVESTA.AZ xəbər verir ki, İstanbulun Böyükçekməce rayonunda iki il müddətində kirayə yaşadığı mənzildən köçən şəxsin geridə qoyduğu mənzərə ev sahibini şoka salıb.
Məlum olub ki, kirayəçi mənzilin demək olar ki, hər yerinə yəni, divarlara, tavana, qapı və pəncərələrə, mətbəx şkaflarına, hətta kombi sisteminin üzərinə belə sevgi şeirləri və ayrılıq ifadələri yazıb.
Mənzilin bu vəziyyətini görən ev sahibi dərhal hüquqi addımlar atmaq qərarına gəlib və vəkili vasitəsilə kirayəçidən şikayətçi olub.
Məsələ ilə bağlı açıqlama verən vəkil Selman Altınbilek iş üzrə hüquqi prosedurların işə salındığını bildirib:
"Kirayə qalan şəxsin evin müxtəlif hissələrinə etdiyi bu yazılara görə "əmlaka zərər vurma" və "etimaddan sui-istifadə" maddələri üzrə hüquqi təqibimiz davam edir. Dəymiş ziyanın qarşılanması üçün müvafiq tədbirləri görəcəyik".
Evdən olan kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.