Dünən, 13:48 103

BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) skuter və velosiped sürücülərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarəti gücləndirib.

BAKU.WS xəbər verir ki, bunu Report-un sualını cavablandıran BDYPİ-nin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis kapitanı Elvin Hacıyev deyib.

O bildirib ki, son dövrlər paytaxt yollarında skuterlərdən istifadə halları geniş yayılıb:

"Skuter özü də nəqliyyat vasitəsidir. Skuterləri idarə edən bəzi şəxslər elə düşünürlər ki, yol hərəkəti qaydaları onlara şamil olunmur. Bu, yanlış yanaşmadır. Əgər skuteri idarə edirsənsə, digər hərəkət iştirakçıları kimi sən də yol hərəkəti qaydalarına əməl etməlisən. Yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət etməlisən".

E. Hacıyev xatırladıb ki, bir müddət əvvəl moped sürücüləri arasında svetoforun qadağanedici işığına məhəl qoymayan, hərəkət üçün nəzərdə tutulmayan yerlərdən keçən, hətta yolun əks istiqamətində hərəkət edən şəxslər çox idi:

"Onlar maddi qazanc əldə etmək məqsədilə sifarişləri daha tez çatdırmaq üçün sürət həddini aşır, müxtəlif qayda pozuntularına yol verirdilər. Həmin vaxt mopedlərin dövlət qeydiyyat nişanları olmadığı üçün sürücülər xüsusi texniki vasitələrlə qeydə alınmayacaqlarını düşünürdülər. Hazırda isə mopedlər dövlət qeydiyyat nişanları ilə təchiz olunub. Bunun nəticəsində mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı xeyli azalıb. Halbuki bir müddət əvvəl bu cür qəzaların sayı kifayət qədər çox idi".

Elvin Hacıyev qeyd edib ki, skuter sürücüləri də yol hərəkəti qaydalarını pozduqları halda inzibati məsuliyyətə cəlb olunurlar:

"Skuter sürücüləri inzibati xəta törətdikdə Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür. Paytaxtda yol polisi əməkdaşları tərəfindən skuter sürücüləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır. Eyni zamanda, skuterlərin hərəkətinə xüsusi texniki vasitələrlə də nəzarət olunur. Heç kim düşünməməlidir ki, qayda pozuntusuna yol verdikdə bu, diqqətdən kənarda qalacaq. Artıq qayda pozuntusu müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunan skuter sürücüləri də var".

BDYPİ rəsmisi bildirib ki, bəzi hallarda azyaşlıların valideynlərindən xəbərsiz skuterdən istifadə etməsi halları ilə də qarşılaşırlar:

"Belə hallarda həmin şəxslərin valideynləri dəvət olunur və onlarla profilaktik söhbətlər aparılır".

Paylaş

Xəbər lenti

Dünya bazarında qızılın qiyməti 100 dollardan çox artdı Bu gün, 14:48 Bakıda gənc oğlan küçədə bıçaqlandı Bu gün, 14:48 Dövlət Komissiyası beynəlxalq konfrans iştirakçılarının Qarabağa səfərinə dair videoçarx yayımlayıb Bu gün, 14:48 İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib Bu gün, 14:48 Siyazəndə su kanalına düşən azyaşlı ilə bağlı açıqlama Bu gün, 13:48 Gəncədə köşkdə meyiti tapılan şəxsin kimliyi məlum olub Bu gün, 13:48 Zelenski mövcud cəbhə xətti boyunca atəşkəsə razı olduğunu açıqlayıb Bu gün, 13:48 İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb Bu gün, 13:48 Muslera 40 yaşında futbolçu karyerasını başa vurub Bu gün, 12:48 "Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir? Bu gün, 12:48 Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq Bu gün, 12:48 Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib Bu gün, 12:48 Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir Bu gün, 11:48 Bu rayonda fərdi yaşayış evləri TƏMİR OLUNACAQ - Nazirlik 1 milyon ayırdı Bu gün, 11:48 Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub Bu gün, 11:48 Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş Bu gün, 11:48 Dünya bazarında neftin qiyməti aşağı düşüb Bu gün, 10:48 FIFA sülh mükafatını ləğv edə bilər Bu gün, 10:48 Feyza Civelek yeni serialda rol alacaq Bu gün, 10:48 "Beach Boys" qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib Bu gün, 10:48 Bakı-Sumqayıt yolunda daha bir YENİLİK Bu gün, 09:48 İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib Bu gün, 09:48 Gəncədə köşkdən kişi meyiti tapıldı Bu gün, 09:48 Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb Bu gün, 00:48 Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür Bu gün, 00:48 İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr Dünən, 23:48 Zelenski mediaya məhdudiyyət qoydu Dünən, 23:48 Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır Dünən, 23:48 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Dünən, 23:48 Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi Dünən, 23:48 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Dünən, 22:48 Bakıda stilist doğuşdan sonra vəfat etdi Dünən, 22:48 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb Dünən, 22:48 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Dünən, 22:48 Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? Dünən, 21:48 Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı Dünən, 21:48 Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib Dünən, 21:48 Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş Dünən, 21:48 Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər Dünən, 20:48 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" Dünən, 20:48 Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 20:48 İranın "Buşehr" AES-in birinci enerji bloku yenidən şəbəkəyə qoşulub Dünən, 20:48 Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib Dünən, 19:48 Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək Dünən, 19:48 İranda SEPAH-la əlaqəli olduğu bildirilən din xadimi güllələnərək öldürüldü Dünən, 19:48 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Dünən, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Dünən, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR