
Spirtli içki qəbul edən şəxsin ertəsi gün avtomobil idarə etməsi hər zaman təhlükəsiz və qanuni hesab olunmur. Belə ki, içkidən saatlar keçsə də, sürücünün orqanizmində alkoqol aşkarlana və bu, məsuliyyətə səbəb ola bilər.
AVESTA.AZ xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev İctimai TV-nin efirində danışıb.
O bildirib ki, belə hallar sürücülər yol hərəkəti qaydalarını pozduqda və müvafiq yoxlamadan keçirildikdə üzə çıxır:
"Bu kimi hallar sürücü qanun pozuntusu etdikdə aşkarlanır. Burada gecə yuxusu da vacibdir və spirtli içkinin nə zaman da qəbul olunması da vacibdir. Əgər həmin şəxs gecə saat 02:00-də spirtli içki içib səhər 08:00-də yola çıxırsa, onda, əlbbətə ki, alkoqol aşkarlanacaq.
Əgər həmin şəxs səhər saat 11:00-12:00-da sükan arxasında olursa və o ayaqda durmaqda çətinlik çəkirsə o zaman da o spirtli içkinin təsiri altında sayılır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.