
Türkiyənin zəlzələdə ən çox zərərçəkən Kahramanmaraş şəhərində çadır şəhərciyi salınıb. Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən “12 Fevral Stadionu”nda yaradılan şəhərcikdə artıq təbii fəlakətdən zərərçəkən şəxslər yerləşdirilib.
Şəhərcikdə yerləşdirilən insanlar gün ərzində qida, su və çayla təmin olunurlar. Bundan əlavə, həmin şəxslərə isti geyimlər də verilir.
"AVESTA.AZ" Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün salınan çadır şəhərciyindən hazırladığı fotoreportajı təqdim edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.