
Bu gündən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri olan "The World of Adrenaline" tamaşaçılara təqdim olunacaq.
BAKU.WS xəbər verir ki, yeni beynəlxalq proqram əsl sirk sənətinin ən təsirli nömrələrini bir araya gətirərək tamaşaçılara sürət, həyəcan və unudulmaz emosiyalarla dolu möhtəşəm şou vəd edir.
Proqramda dünyanın müxtəlif ölkələrindən olan peşəkar artistlər iştirak edəcəklər. Möhtəşəm at nömrələri, qorxmaz braziliyalı kaskadyorlar, beynəlxalq mükafatlara layiq görülmüş hava gimnastları, dünyanın müxtəlif arenalarında tamaşaçıların rəğbətini qazanmış akrobatlar və hər kəsin sevimlisi olan kloun bir arenada çıxış edəcəklər.
Hər bir nömrə yüksək peşəkarlıq, cəsarət, sürət və dəqiqliyin vəhdətini nümayiş etdirəcək. "The World of Adrenaline" tamaşaçılara əsl böyük sirk atmosferini yaşadacaq.
Tədbirin təşkilatçısı, "Sirk Oskarı" mükafatının laureatı Allahverdi İsrafilov ənənəsinə sadiq qalaraq, proqramın ilk gününü xeyriyyə məqsədilə təşkil edəcək. Oktyabrın 17-də keçiriləcək tamaşalar valideyn himayəsindən məhrum olan uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də şəhid və qazi ailələrinin övladları üçün ödənişsiz təqdim olunacaq.
Bu təşəbbüsün əsas məqsədi uşaqlara sevinc bəxş etmək və onlara unudulmaz anlar yaşatmaqdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.