
"Bu gün Kahramanmaraşda 2 nəfəri dağıntılar altından sağ çıxartdığımıza görə çox sevinirik".
Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasedicələri deyiblər.
"Biz ilk gündən burayıq. Səhər saatlarından axtarış-xilasetmə əməliyyatlarına başladıq. Məlumat var idi ki, dağıntılar altında onların səsləri gəlirdi. Sonda həmin şəxsləri sağ-salamat çıxartdıq. Çox xoşbəxtik", - Azərbaycanın xilasediciləri vurğulayıb.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.