
Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü L.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib.
O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.