
Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə vilayət administrasiyası rəhbərini vəzifəsindən azad edib.
“AVESTA.AZ” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, müvafiq sənədlər dövlət başçısının saytında dərc olunub.
Belə ki, sərəncamlara əsasən, Sergey Qayday Luqansk Vilayət Hərbi Administrasiyasının (VHA), Maksim Marçenko Odessa VHA-nın, Sergey Qamaliy isə Xmelnitski VHA-nın rəhbəri vəzifəsindən azad edilib.
Sənədlərin hər birində qeyd olunur ki, VHA rəhbərləri özləri vəzifədən azad olunmaq barədə ərizə təqdim edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.