
"Minatəmizləmə Agentliyinin (ANAMA) kadr və texnoloji potensialı dörd dəfədən çox artırılıb".
"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclasında deyib.
İclas zamanı ANAMA sədri “İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə üzrə həyata keçirilmiş fəaliyyətlər və qarşıdakı hədəflər” barədə məlumat verib.
Agentlik rəhbəri bu istiqamətdə fəaliyyətin səmərəliliyinin təşkil olunması məqsədilə Agentliyin kadr və texnoloji potensialının dörd dəfədən çox artırıldığını qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.