
Xaçmazın İzmayılovka qəsəbəsində "VAZ-2106" markalı avtomobil elektrik dirəyinə çırpılıb.
"AVESTA.AZ"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində 1982-ci il təvəllüdlü Səfərov Mahir Qafar oğlu və 2004-cü il təvəllüdlü Səfərov Novruz Mahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.