
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“AVESTA.AZ”un Qərb bürosunun məlumatına görə, şəhərin Dədə Qorqud küçəsində iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü E. Bayramov və 1991-ci il təvəllüdlü X. Əsgərov xəsarət alıblar.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.