
Hidrometeoroloji hadisələrlə bağlı müasir standartlara cavab verən yeni erkən xəbərdarlıq sistemi yaradılacaq.
"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.
O bildirib ki, bu istiqamətdə hazırlıqlar gedir: "Bu sistem hazırlandıqdan sonra sel və daşqınlarla bağlı məlumatları daha erkən müəyyən etmək mümkün olacaq. Bu da bizə həm əhalinin sağlamlığının qorunması, kənd təsərrüfatı sahələrinin zərər görməməsi üçün daha erkən məlumat verməyə şərait yaradacaq.
Qeyd edək ki, Milli Hidrometeorologiya Mərkəzi son 3 ildə ölkə çayları üzərində 40-dan çox hidroloji avtomat stansiya quraşdırıb. Həmin stansiya imkan verir ki, istənilən anda həm sel hadisələri, həm də təbiət hadisələrini müşahidə edək. Son illərdə quraşdırılan radarlarla bağlı əldə etdiyimiz məlumatlar, müvafiq hesabatlar aidiyyəti üzrə Beynəlxalq İqlim Fonduna göndərilib. Biz bir sıra beynəlxalq qurumlarla, eləcə də Beynəlxalq İqlim Fondu ilə informasiya mübadiləsi aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.