
Mingəçevirdə atası tərəfindən işgəncələrə məruz qalan 19 yaşlı psixoloji məhdudiyyətli qız həkim nəzarətinə götürülüb.
Atası tərəfindən günlərlə həyətdə bağlı saxlanılan 2003-cü il təvəllüdlü Bədəlova Nuranə Elman qızı hüquq-mühafizə orqanlarının prosesə müdaxiləsi nəticəsində həkim nəzarətinə götürülüb.
O Şəki Ruhi Əsəb Xəstəlikləri Dispanserinə yerləşdirilib.
Qeyd edək ki, ata 2003-cü il təvəllüdlü qızı - Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. Ailəyə yaxın şəxslərin dediyinə görə, qız evdə nadinclik, nəzarətsiz hərəkətlər edirmış. Alınan operativ məlumat əsasında hüquq-mühafizə orqanları övladına ağlasığmaz işgəncə verən ata Elman Bədəlovu saxlayaraq istintaqa cəlb edib.

© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.