
Şəmkir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2007-ci il təvəllüdlü Məhəmməd Quliyev və 1998-ci il təvəllüdlü Orxan Allahverdiyev xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağır, digərinin kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.