9-06-2023, 16:51 696

ANAMA maarifləndirmə istiqamətində yeni əməkdaşlığa başlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və “Eduaz.com” MMC arasında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) sahəsi üzrə yeni əməkdaşlığa başlanılıb.

Bu barədə “AVESTA.AZ”a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, hər kəsin iştirak edə biləcəyi və onlayn formatda təşkil edilən təlimlərin məqsədi daha çox auditoriyanı əhatə edərək mina təhlükəsi barədə məlumat verməkdir.

Tərəflərin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn bu layihə vasitəsilə təlimi onlayn izləyən şəxslər mina təhlükəsinin izahı, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi fəsadlar, şübhəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları haqda məlumatla tanış olacaqlar.

Təlim 5 qızıl qaydanı özündə əks etdirir - “Təyin edilmiş yerlərdən, yollardan və çığırlardan kənara çıxmayın! Naməlum və şübhəli əşyalara toxunmayın! Atılıb qalmış hərbi sursatlar və texnikalar olan sahələrə yaxınlaşmayın! Dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə daxil olmayın! Səngərlər və sığınacaqlar olan sahələrə yaxınlaşmayın!”

Qeyd edək ki, PSTM təlimlərində iştirak etmək istəyən şəxslər Agentliyin veb-səhifəsində “Fəaliyyət - Maarifləndirmə işləri” bölməsindən “Təlimə qoşul” (https://anama.gov.az/enlightenment-works) keçidinə daxil olaraq rahatlıqla maarifləndirmə təlimini izləyib, ANAMA tərəfindən QR kodlu rəqəmsal sertifikat əldə edə biləcək.

Missiyası bütün insanlara və müəssisələrə təlim sahəsində rəqəmsal imkanlar yaratmaq olan EDUAZ onlayn təlim platforması yerli mütəxəssislər tərəfindən hazırlanıb və təlimlərin əlçatanlığının təmin edilməsi üçün bir çox alətlərə malikdir. PSTM təlimlərini hər kəs istənilən məkandan, istənilən zaman izləyərək, özünüqiymətləndirmə testlərindən keçə biləcək və eyni zamanda təlim materiallarını istənilən vaxt təkrarlamaq imkanı olacaq.

“Genişmiqyaslı təlimlərin keçirilməsi keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq fəaliyyətinə cəlb olunan nümayəndələrin, səfər edən şəxslərin məlumatlandırılmasına öz müsbət töhfəsini verəcəkdir”, - məlumatda qeyd edilib.

Paylaş

Xəbər lenti

Bəzi magistral yollarda görünüş məsafəsi azalacaq Bu gün, 17:48 Rusiya yanacaq idxalını artırmağı planlaşdırır Bu gün, 17:48 Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir? Bu gün, 17:48 Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb Bu gün, 17:48 SEPAH: Hörmüz boğazında daha iki neft tankeri minaya düşüb Bu gün, 17:48 Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Bu gün, 16:48 Xalq artisti: "Övlada hər zaman nəzarət etməlisən" Bu gün, 16:48 Mərkəzi Asiyadan Hind okeanına: Yeni nəqliyyat qovşağına çevrilən region Bu gün, 16:48 Mağazalarda "Qara cümə" kampaniyaları: Endirim, yoxsa marketinq hiyləsi? Bu gün, 15:48 Taekvondoçularımız Avropa birinciliyində bürünc medal qazanıb Bu gün, 15:48 Dünya bazarında qızılın qiyməti 100 dollardan çox artdı Bu gün, 14:48 Bakıda gənc oğlan küçədə bıçaqlandı Bu gün, 14:48 Dövlət Komissiyası beynəlxalq konfrans iştirakçılarının Qarabağa səfərinə dair videoçarx yayımlayıb Bu gün, 14:48 İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib Bu gün, 14:48 Siyazəndə su kanalına düşən azyaşlı ilə bağlı açıqlama Bu gün, 13:48 Gəncədə köşkdə meyiti tapılan şəxsin kimliyi məlum olub Bu gün, 13:48 Zelenski mövcud cəbhə xətti boyunca atəşkəsə razı olduğunu açıqlayıb Bu gün, 13:48 İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb Bu gün, 13:48 Muslera 40 yaşında futbolçu karyerasını başa vurub Bu gün, 12:48 "Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir? Bu gün, 12:48 Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq Bu gün, 12:48 Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib Bu gün, 12:48 Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir Bu gün, 11:48 Bu rayonda fərdi yaşayış evləri TƏMİR OLUNACAQ - Nazirlik 1 milyon ayırdı Bu gün, 11:48 Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub Bu gün, 11:48 Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş Bu gün, 11:48 Dünya bazarında neftin qiyməti aşağı düşüb Bu gün, 10:48 FIFA sülh mükafatını ləğv edə bilər Bu gün, 10:48 Feyza Civelek yeni serialda rol alacaq Bu gün, 10:48 "Beach Boys" qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib Bu gün, 10:48 Bakı-Sumqayıt yolunda daha bir YENİLİK Bu gün, 09:48 İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib Bu gün, 09:48 Gəncədə köşkdən kişi meyiti tapıldı Bu gün, 09:48 Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb Bu gün, 00:48 Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür Bu gün, 00:48 İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr Dünən, 23:48 Zelenski mediaya məhdudiyyət qoydu Dünən, 23:48 Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır Dünən, 23:48 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Dünən, 23:48 Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi Dünən, 23:48 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Dünən, 22:48 Bakıda stilist doğuşdan sonra vəfat etdi Dünən, 22:48 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb Dünən, 22:48 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Dünən, 22:48 Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? Dünən, 21:48 Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı Dünən, 21:48 Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib Dünən, 21:48 Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR