
ABŞ və onun müttəfiqləri müsadirə olunmuş Rusiya aktivlərinin münaqişədən sonra Ukraynanın bərpası üçün necə istifadə oluna biləcəyini nəzərdən keçirir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Konqresin Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində keçirilən dinləmələrdə deyib.
"Biz G7-dəki müttəfiqlər və tərəfdaşlarla bu məsələ üzərində işləyirik. Hazırda müsadirə edilmiş Rusiya aktivlərinin əksəriyyəti ABŞ-da deyil. Bu səbəbdən, atacağımız hər hansı addımın müttəfiqlərlə məsləhətləşmələr əsasında aparılması vacibdir. Biz bu aktivlərin harada olduğunu daha dəqiq müəyyən etməyə çalışırıq”, - nazir bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.