
Dekabrın 22-də ABŞ Konqresinin Senatı 2023-cü ilin federal büdcəsi haqqında qanun layihəsinə Rusiya iş adamlarının dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsi üçün müsadirə edilməsinə imkan verən təşəbbüsün daxil edilməsinə səs verib.
“AVESTA.AZ” “C-Span” telekanalının jurnalisti Kreyq Kaplan yazır tviterdə yazıb.
“Senat Rusiya oliqarxlarının aktivlərinin Ukraynaya humanitar və hərbi yardım məqsədilə ötürülməsi üçün müsadirə edilməsinə və satışına icazə verən düzəlişi yekdilliklə təsdiqləyib”, - jurnalist sosial şəbəkədə qeyd edib.
Senat yekun büdcə layihəsinə dekabrın 22-də daha sonra baxacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.