
"Uşaqların dispanserizasiya üçün tibb müəssisələrinə müraciətlər kifayət qədər çox olub. Lakin valideyn istəmədiyi təqdirdə heç kim məcburi bu prosesə cəlb olunmur".
"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Valideynlərə müraciət edən V.Qurbanov vurğulayıb ki, bununla uşaqlarda olan xəstəlikləri erkən aşkarlamaq mümkün ola bilər: "Nəticədə xəstəliyin müalicəsi vaxtında aparıla bilər".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.