19-06-2023, 20:22 1303

Laçın sakini:

"Ömrümün qalan günlərini bu doğma yurd yerində keçirəcəyim üçün çox sevincliyəm".

Bu fikirləri "AVESTA.AZ"a bu gün Laçına köçürülən sakin Həsən Mamed oğlu Abdullayev bildirib.

"Bura gələnə qədər bu yerlərin həsrətilə yaşamışıq. Çox çətin günlərimiz olub. Çətin şəraitlər yaşadıq. Düzdür, dövlətimiz bizim üçün hər cür şərait yaratmışdı. Amma Laçın həsrəti bizi hər cür şəraitdən, sevincli anlardan uzaq etmişdi. İki il öncəyə qədər çəkdiyimiz yurd həsrəti, inanın ki, bu iki ildə çəkdiyimiz qədər uzun görünmədi bizə", - o deyib.

Sakin Laçın azad edildikdən sonra daha çox darıxdığını, doğma ocağına qovşumaq üçün hər dəqiqənin keçməsini səbirsizliklə gözlədiyini vurğulayıb: "Müharibə başlayan bir gündən Laçının azad edilməsi xəbərini, Laçın alınandan sonra isə oraya köçəcəyimiz günün xəbərini gözləmişəm. Bir neçə gün öncə mənə dedilər ki, köçlə bağlı hazırlaş. Bu bir neçə gün mənə bir neçə il kimi gəldi. Səhər maşına oturandan isə həyəcan və göz yaşlarım səngimədi. "Laçın" yazılan yerə çatanda ürəyim həyəcanla çırpınırdı. Ömrümün qalan günlərini bu doğma yurd yerində keçirəcəyim üçün çox sevincliyəm. Allahın bu gününə şükürlər olsun deyirəm, şəhidlərimizin ruhuna dualar edirəm, bu sevinci bizə yaşadanları hörmətlə anıram. Biz çox xoşbəxt millətik ki, bu gün heç kimdən asılı olmadan "VUR" deyən, verdiyi əmrin prinsipiallıqla arxasında duran Ali Baş Komandanımız var. Azərbaycan artıq düşmənin başı üzərində od yağdıracaq cəngavər oğlanların məkanıdır".

Qeyd edək ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə 44 nəfərlik 13 ailə artıq daimi yaşamaq üçün Laçın şəhərində öz evlərində yerləşdirilib. Bununla da Laçın şəhərində 55 ailə, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. Bundan əvvəl iyunun 14-də növbəti köç karvanı Laçına yola salınıb və daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Daha öncə isə Laçın şəhərinə 20 ailə - 97 nəfər köçürülmüşdü.

Paylaş

Xəbər lenti

Əraqçi ABŞ-nin İran limanlarını blokadaya almasını müharibə aktı adlandırıb Dünən, 23:48 ABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? Dünən, 23:48 Sinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR Dünən, 23:48 Bakı metrosundan istifadə edənlərin NƏZƏRİNƏ - Sabah qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək Dünən, 23:48 Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər" Dünən, 23:48 Ərdoğan və Sindi Kiro islamofobiya ilə mübarizəni müzakirə ediblər Dünən, 22:48 Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir Dünən, 22:48 Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar Dünən, 22:48 "Oskar" mükafatlı rejissor vəfat etdi Dünən, 22:48 Uşaqlarda fiziki inkişaf üçün nə önəmlidir? - Syuzanna Silvester izah edir Dünən, 21:48 Naxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edildiyi məlum olub Dünən, 21:48 Aİ ölkələri İrana qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəlib Dünən, 21:48 Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib Dünən, 21:48 "Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDI Dünən, 20:48 Nurlana Orucova şöbə müdiri təyin edildi Dünən, 20:48 Tayani: Meloninin Azərbaycana səfəri münasibətlərin gücləndirilməsində əsas mərhələdir Dünən, 20:48 Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Dünən, 20:48 Bakı metrosunda dəhşətli ANLAR - Sərnişin hər kəsin gözü qarşısında can verdi Dünən, 20:48 Tramp İran liderlərini qadınları həbsdən buraxmağa çağırdı Dünən, 19:48 Zelenski: Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb Dünən, 19:48 Avropa çempionatı: Azərbaycan güləşçisi Həsrət Cəfərov finala yüksəlib Dünən, 19:48 Bakı metrosunda nə baş verir? - Hazırda 28 may stansiyasında... Dünən, 19:48 Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər Dünən, 19:48 Tramp İran rəhbərliyini ölüm cəzasına məhkum edilmiş 8 qadını əfv etməyə çağırıb Dünən, 18:48 Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun iclası olub Dünən, 18:48 Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" Dünən, 18:48 Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır Dünən, 18:48 Metroda generatorlar niyə işə düşməyib? Dünən, 17:48 Tərkibində təhlükəli maddə aşkarlanan kəsmiklə bağlı RƏSMİ AÇIQLAMA Dünən, 17:48 Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb Dünən, 17:48 Bakı metrosunda baş verən hadisə ilə əlaqədar iki nəfər xəstəxanaya aparılıb Dünən, 17:48 Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ Dünən, 17:48 "Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib Dünən, 17:48 Evində söküntü zamanı üzərinə beton düşdü, öldü Dünən, 16:48 Bakı metrosunun stansiya rəisi ÖLÜB Dünən, 16:48 İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 5-də Azərbaycana gələcək Dünən, 16:48 Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alırlar? - DİN-dən açıqlama Dünən, 16:48 UFC Bakı Şəhər Halqası ilə çoxillik tərəfdaşlıq çərçivəsində Azərbaycana qayıdır Dünən, 16:48 Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcək Dünən, 16:48 Prezident güzəştli ipoteka krediti ilə bağlı fərman imzaladı Dünən, 16:48 Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək Dünən, 16:48 Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb Dünən, 16:48 Bakı metrosunun bağlanmasının səbəbi bilindi Dünən, 16:48 SON DƏQİQƏ! - Metroda hərəkət bərpa edildi Dünən, 15:48 "Qarabağ" Elvini satışa çıxardı Dünən, 15:48 Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib Dünən, 15:48 Suraxanıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? - RƏSMİ Dünən, 15:48 Azərbaycana qaçaqmalçılıqla narkotik gətirən şəxs tutulub Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR