
Heyvan mənşəli məhsulların xarici bazarlara çıxarılması sahəsində ciddi uğurlar əldə edilib.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə xırdabuynuzlu heyvanların ixracına razılıq alınıb:
"Bu istiqamətdə Səudiyyə Ərəbistanı və Qətər dövləti ilə danışıqlar davam etdirilir. Eyni zamanda Avropa ölkələrinə balıq kürüsü, dəri, yun, ilbiz və digər məhsulların idxalına icazə alınaraq ixracına başlanıb. Balıq və arıçılıq məhsulları üzrə aidiyyəti icazələrin alınması üzərində isə iş aparılır".
Həmçinin qeyd olunub ki, heyvanların Türkiyə Respublikasına ixrac edilməsi üçün nodulyar dermatit xəstəliyinə görə qoyulmuş qadağa aradan qaldırılıb. İşçi və kəsim təsnifatına aid atların Qazaxıstan Respublikasına ixracatı bərpa edilib və atların Rusiya Federasiyasının ərazisi ilə quru yolla daşınmasına icazə alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.