
İran Hərbi Hava Qüvvələrinə məxsus F-14 qırıcı təyyarəsi İsfahan şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilot və köməkçisi hadisədən yaralanıblar.
Avesta xəbər verir ki, bu barədə ordunun İsfahandakı ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rəsul Motəmədi bəyan edib.
Onun sözlərinə görə, səhər saatlarında baş verən qəzaya səbəb mühərrikdəki texniki nasazlıq olub. Pilot və köməkçisi vaxtında katapult edə biliblər, ancaq eniş zamanı yaralanıblar. Zərərçəkənlər hazırda “Əl-Zəhra” xəstəxanasına yerləşdiriliblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.