
Çin Şərqi Hava Yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi Çinin cənubunda qəzaya uğrayıb.
Avesta.az xəbər verir ki, bu barədə Çinin milli televiziyası məlumat yayıb.
Bildirilib ki, içərisində 133 nəfərin olduğu Boeing 737 sərnişin təyyarəsi Çinin Quanksi-Çjuan Muxtar Bölgəsinin Vuzhou şəhərinin Teng qraflığında qəzaya uğrayıb.
Ölən və yaralananlar barədə məlumat verilməyib, axtarış-xilasetmə işlərinə başlanılıb. Qəza yerində meşə yanğınının başladığı məlum olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.