
Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.
"AVESTA.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, təsnifat mərhələsinin (trap) 2-ci günündə çıxış edən idmançılar finala adlaya bilməyiblər.
Eyvazova 125 hədəfdən 120-ni, Camalova isə 125-dən 114-nü vurub.
Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə atəş açmada finala yüksəlib.
"AVESTA.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, ikiqat Avropa çempionu təsnifat mərhələsinin 2-ci günündə 289 xal toplayıb.
İki günün nəticələrinə əsasən, xallarını 581-ə çatdıran snayper yekunda 6-cı pilləni tutaraq, həlledici raunda vəsiqə qazanıb.
Qeyd edək ki, qadın atıcılar Ülviyyə Eyvazova və Aydan Camalova da təsnifat mərhələsinin (trap) 2-ci günündə mübarizə aparır. Hələlik Camalova 16-cı, Eyvazova isə 27-ci sırada qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.